300px|thumb|Tver vilayətinin fiziki xəritəsi Tver vilayəti (; 1935–1990-cı illərdə — Kalinin vilayəti) — Rusiya Federasiyasının subyektlərindən biri. Mərkəzi Federal Dairənin tərkibinə daxildir və Mərkəzi İqtisadi Rayonun bir hissəsidir. İnzibati mərkəzi Tver şəhəridir. Tver vilayəti Mərkəzi Rusiyanın ərazisinə görə ən böyük regionudur. Şərqi Avropa düzənliyində yerləşir. Moskva (cənub-şərqdə), Yaroslavl (şərqdə), Voloqda (şimalda), Novqorod (şimal-qərbdə), Smolensk (cənubda) və Pskov (qərbdə) vilayətləri ilə həmsərhəddir. Rusiya imperiyası və RSFSR dövründə, 1929-cu ilə qədər Tver quberniyası mövcud olmuşdur. 29 yanvar 1935-ci ildə Kalinin vilayəti yaradılmış, 1990-cı ildən isə vilayət Tver adlandırılmışdır. İnzibati-ərazi quruluşu “ Tver vilayətinin inzibati-ərazi quruluşu haqqında” Qanuna əsasən, inzibati-ərazi bölgüsündə baş vermiş ən son dəyişikliklər nəzərə alınmaqla, Rusiya Federasiyasının bu subyektinə aşağıdakı inzibati-ərazi vahidləri və ərazi vahidləri (yaşayış məntəqələri) daxildir:
7 şəhər dairəsi — Tver, Torjok şəhəri, Vışnevolotsk, Kaşin, Nelidovo, Ostaşkov və Udomlya.
1 bələdiyyə rayonu — Torjok rayonu.
2 qapalı inzibati-ərazi qurumu (QİƏQ) — Ozernı və Solneçnı.
30 bələdiyyə dairəsi — Andreapol, Bejetsk, Belski, Boloqovski, Vesyeqonsk, Jarkovski, Zapadnaya Dvina, Zubtsov, Kalinin, Kalyazin, Kesova Qora, Kimrı, Konakovo, Kuvşinovo, Krasnı Xolm, Lesnoy, Liхoslavl, Maksatixa, Molokovo, Olenino, Peno, Rameşki, Rjev, Sandovo, Seliжarovo, Sonkovo, Spirovo, Staritsa, Toropets və Firovo.
Tver vilayətinin inzibati mərkəzi Tver şəhəridir.
Turizm Tver vilayəti Rusiyanın tanınmış turizm bölgələrindən biridir və çoxsaylı görməli yerləri və sürətlə inkişaf edən və modernləşən turizm infrastrukturu ilə öyünür. Hazırda Tver vilayətində 200-dən çox turist yerləşdirmə obyekti mövcuddur (statistikaya görə 165, regional turizm komitəsinin 1 yanvar 2008-ci il tarixinə olan monitorinqinə görə isə 220). Son beş ildə Tver vilayətində 52 yerləşdirmə obyekti tikilib və ya təmir edilib. Statistikaya görə, 2008-ci ildə Tver vilayətinə 1.180.000 turist gəlib. Bundan əlavə, Tver vilayəti qonşu bölgələrə - Qızıl Halqa şəhərlərinə, Veliki Novqorod və Sankt-Peterburqa səyahət edən ekskursiya turistləri üçün əhəmiyyətli tranzit nöqtəsidir.
Rekreasiya turizmi Tver vilayətində əsas turizm formasıdır və bütün tətilçilərin yarısından çoxunu təşkil edir. Səfərlərin 26%-ni görməli yerlər və təhsil turizmi təşkil edir. Kurort tətilləri və müalicələri üçüncü yerdədir və Tver vilayətinə gələn turistlərin ümumi sayının 19%-ni təşkil edir.
Tver bölgəsindəki əsas turizm mərkəzləri Seliger gölü və Volqa çayının mənbəyi olan Yuxarı Volqa göl sistemi, Tver, Torjok, Staritsa, Vışnıy Voloçok, Rjev və Toropets şəhərləri və "Moskva dənizi" kimi də tanınan İvankovskoye su anbarıdır. Turizm Kimrı və Kalyazinski rayonlarında, eləcə də Vesyeqonskda fəal şəkildə inkişaf edir.
Turizm sənayesinin region iqtisadiyyatına töhfəsi ümumi sənaye gəliri 4,5 milyard rubl olaraq qiymətləndirilir (2008-ci il məlumatları). Multiplikator effekti nəzərə alınmaqla, turizmin ÜDM-dəki payı 6,78% təşkil edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya vilayətləri Kateqoriya:Rusiyanın Federal subyektləri Kateqoriya:Tver vilayəti