Bilal Bilici () — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Bilal Bilici 1984-cü ildə Adana ilində anadan olub. Boston Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Bahçeşehir Universitetində qlobal əlaqələr üzrə magistr dərəcəsi alıb.

Birləşmiş Ştatlarda özəl sahədə baş məsləhətçi vəzifələrində çalışıb. Dubayda (BƏƏ) neft sahəsində menecer olaraq çalışıb. Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) üzvü, Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) — ABŞ-Karib hövzəsi İş Şurasının vitse-prezidenti, Qvatemalanın İstanbulda Fəxri Konsulu və Dünya Konsullar Assosiasiyasının Qəyyumlar Şurasının üzvüdür. İYİ Partiyada sədrin müşaviri və İYİ Partiya Vaşinqton təmsilçisi olub.

2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

15 may 2024-cü il tarixində İYİ Partiyadan istefa vermişdir.

İngiliscə və fransızca bilir.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları