Ramazan Kaşlı () — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı Ramazan Kaşlı 1969-cu ildə Aksaray ilində anadan olub. Aksaray Ticarət Peşə Liseyindən məzun olub.

İş adamı olaraq çalışıb. 1978-ci ildən ayaqqabı biznesi ilə məşğul olur. 1999-2004-cü illərdə Aksaray Bələdiyyə Məclisinin üzvü olub.

Uzun illərdir MHP üzvüdür. 2003-2009-cu illərdə MHP Aksaray ilçə sədri, 2016-2018-ci illərdə isə MHP Aksaray il sədri vəzifələrində çalışıb.

2018 və 2023-cü illərdə MHP namizədi olaraq Aksaray ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib.

İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları