İbrahim Ədhəm Sədəf () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.

Həyatı İbrahim Ədhəm Sədəf 1980-ci ildə Yozqat ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Yozqatda alıb. İstanbul Okan Universiteti İdarəetmə Bölməsindən və Anadolu Universiteti Açıq Təhsil Bölməsindən məzun olub.

Uzun illərdir MHP üzvüdür. 2006-2014-cü illərdə MHP Yozqat ilçə sədri olub. 2015 və 2017-ci illərdə MHP Yozqat il sədri seçilib.

2018 və 2023-cü illərdə MHP namizədi olaraq Yozqat ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

İngiliscə bilir. Evlidir.

İstinadlar

Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları