Den Arieli (; ) — İsrail-ABŞ iqtisadçısı, psixologiya və davranış iqtisadiyyatı professoru.Dan Ariely . NNDB. Dyuk Universitetində dərs deyir və Retrospektiv Araşdırmalar Mərkəzinin yaradıcısıdır.DanAriely | TheCenter Center for Advanced Hindsight

Bioqrafiya Den Arieli Nyu Yorkda anadan olub. Bu zaman atası Kolumbiya Universitetində MBA dərəcəsi alırdı. Den Arieli uşaqlığını İsrailin Ramat Qan və Ramat Haşaron şəhərində keçirib. Den "siqnal atəşləri" (İsrail gənclər təşkilatları tərəfindən həyata keçirilən tədbirlərin ənənəvi elementi) hazırlayarkən təsadüfən maqnezium partlaması nəticəsində bədəninin 70%-i üçüncü dərəcəli yanıqlar almışdır .

Den Arieli Tel-Əviv Universitetində oxuyarkən fizika və riyaziyyat üzrə ixtisaslaşmış, lakin əl ilə yazmaq onun üçün fiziki cəhətdən çətinləşdiyindən ixtisasını fəlsəfəyə dəyişmişdir. O, həmçinin Çapel-Hill Şimali Karolina Universitetində koqnitiv psixologiya üzrə magistr və doktorantura təhsili almış, Dyuk Universitetində isə marketinq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.

Fəlsəfə doktoru dərəcəsini aldıqdan sonra 1998–2008-ci illərdə Massaçusets Texnologiya İnstitutunda dərs demişdir. Daha sonra Dyuk Universitetinə psixologiya və davranış iqtisadiyyatı professoru kimi qayıtmışdır. Çoxsaylı elmi əsərlərdən əlavə, Den Arieli iki məşhur kitab nəşr etdirmişdir: Predictably Irrational və The Upside of Irrationality. Hər iki kitab New York Times bestsellerləri olmuşdur.

Ailəlidir, iki övladı var.

Əsərləri

Kitablar Predictably Irrational: The Hidden Forces That Shape Our Decisions (2008). The Upside of Irrationality: The Unexpected Benefits of Defying Logic at Work and at Home (2010). The Honest Truth about Dishonesty. How We Lie to Everyone — Especially Ourselves (2012). Irrationally Yours (2015).

Məqalələr Try it, you’ll like it: The influence of expectation, consumption, and revelation on preferences for beer Dishonesty in Everyday Life and Its Policy Implications Placebo Effects of Marketing Actions: Consumers May Get What They Pay For Tom Sawyer and the Construction of Value

Coherent Arbitrariness: Stable demand curves without stable preferences Combining experiences over time: the effects of duration, intensity changes and on-line measurements on retrospective pain evaluations

İstinadlar

Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri Kateqoriya:Dyuk Universitetinin məzunları Kateqoriya:İqnobel mükafatı laureatları Kateqoriya:Çapel-Hill Şimali Karolina Universitetinin məzunları Kateqoriya:Təl-Əviv Universitetinin məzunları Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:1967-ci ildə doğulanlar Kateqoriya:29 apreldə doğulanlar Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:ABŞ psixoloqları Kateqoriya:İkiqat fəlsəfə doktorları