Gülüstan Kılıç Koçyiğit () — tibb bacısı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı.
Həyatı Gülüstan Kılıç Koçyiğit 1979-cu ildə Tunceli ilinin Mazgirt ilçəsində anadan olub. İbtidai və orta təhsili Tunceli ilində, lisey təhsilini isə Adıyaman ilində alıb. İzmir Sağlamlıq Peşə Liseyindən məzun olub. Doqquz Eylül Universitetinin Ədliyyə Peşə Liseyində hüquq üzrə təhsil alıb. Əlavə olaraq Anadolu Universiteti Baytarlıq və Laboratoriya Bölməsindən və Anadolu Universiteti Dövlət İdarəçiliyi və Sosiologiya Bölməsindən məzun olub.
1998-ci ildə tibbi bacısı olaraq çalışıb. Sosial ədalət və insan hüquqları mövzularında çalışmaları olub.
İnsan Hüquqları Dərnəyi (İHD), Ata Soyer Sağlamlıq Siyasətləri Dərnəyi və Dersimlilər Dərnəyinin üzvü olub. Xalqların Konqresinin (HDK) həmsözçüsü, Səhiyyə və Sosial xidmət İşçiləri İttifaqının (SES) İzmir şöbəsinin İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub.
2018-ci ildə Muş ilindən, 2023-cü ildə isə Qars ilindən isə Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda DEM Partiyasının TBMM qrupunun sədr müavini vəzifəsində təmsil olunub.
Evli və 2 uşaq anasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Tibb bacıları Kateqoriya:Türkiyənin qadın deputatları