Sarkis Şahnazaroviç Araratyan (; ) — 1919–1920-ci illərdə Birinci Ermənistan Respublikasının maliyyə naziri, 1920-ci ildə isə sosial müdafiə naziri vəzifələrində çalışmış erməni siyasətçisi.
Sarkis Araratyan ixtisasca kimyaçı olmaqla yanaşı, ictimai xadim, dövlət və görkəmli siyasətçi, Daşnaksutyunun üzvü idi. Bakıda yaşamış və erməni milli həyatında fəal iştirak etmişdir.
Riçard Hovanisyan "Ermənistan Respublikası. II cild" kitabında Araratyanı belə təsvir etmişdir:
1918-ci ildə Bakı Şəhər Sovetinə seçilib və Bakının gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün İrana göndərilib.
1918-ci ilin sonlarında Ermənistan müstəqillik əldə etdikdən sonra İrəvana köçüb. 1919-1920-ci illərdə Araratyan Daşnaksutyun Bürosunun üzvü, parlamentin üzvü seçilib. Maliyyə naziri, eyni zamanda ehtiyatlar naziri (avqust 1919-may 1920) vəzifələrində çalışmışdır. 1920-ci ilin may-dekabrında Yardım və Yenidənqurma Naziri olmuşdur. 1920-ci ildə İrəvanı tərk edib, Rumıniyanın paytaxtı Buxarestə köçmüşdür.
İstinadlar
Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Ermənistan mühacirləri Kateqoriya:Ermənistan milliyyətçiləri