Böyük xor sinaqoqu – Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşmiş keçmiş sinaqoq. Tikili hazırda Azərbaycan Dövlət Mahnı Teatrı kimi fəaliyyət göstərir.
Tarixi 1902–1910-cu illərdə İosif Qoslavskinin layihəsi əsasında yunan üslubunda tikilmiş Böyük xor sinaqoqu Bakıda litvalı zəngin yəhudilərin pulu ilə tikilmiş ilk aşkenazi sinaqoqu olmuşdur. Bakının yəhudi icmasının maliyyə dəstəyi və Azərbaycanlı xeyriyyəçilərin maddi ianələri hesabına tikilmişdir. Onlar arasında neft maqnatı Zeynalabdin Tağıyev də var idi. Sinaqoqun tikintisi 100 min rubla başa gəlmişdir.
Sinaqoq 1932-ci ilə qədər fəaliyyət göstərmişdir. Burada müxtəlif dini tədbirlər və ayinlər keçirilir, nikah mərasimləri baş tuturdu. 1930-cu illərdə SSRİ-də ateizm ideologiyası əsas tutularaq sinaqoqlar ləğv olunmağa başlanmışdır. 1934-cü ildə binada Bakı Yəhudi İşçi Teatrı, 1936-cı ildə isə Azərbaycan Dövlət Yəhudi Teatrına çevrilmişdir.
Bərpa cəhdləri 1980-ci illərdə Bakı yəhudi icmasının üzvləri sinaqoqun qaytarılmasına yardım etməsi xahişi ilə Moskvaya, baş ravvinin yanına getmişdirlər. Amma o, təklifi rədd etmişdir. 2005-ci ildə yəhudi icması növbəti dəfə sinaqoqun qaytarılması xahişi ilə hakimiyyətə müraciət etməyə çalışmışdır, amma hökumət bundan imtina etmişdir. 2009-cu ildə Dağ yəhudilərinin sinaqoqunun ravvini Rubin İzmailov tikilinin yenidən sinaqoqa çevrilməsini istədiyini bildirmişdir. Azərbaycanda yaşayan və başqa ölkələrə köçmüş Bakı yəhudiləri vaxtaşırı tikilinin yəhudilərə qaytarılması barədə yazılar dərc etməyə davam edirlər.
Həmçinin bax Azərbaycandakı sinaqoqların siyahısı
İstinadlar
Kateqoriya:Bakı sinaqoqları Kateqoriya:Keçmiş sinaqoqlar Kateqoriya:1910-cu ildə tamamlanmış binalar və tikililər Kateqoriya:İosif Qoslavskinin tikdiyi binalar