Kurqan — qəbir üzərində inşa edilən, adətən bir insan cəsədi ilə yanaşı qəbir qabları, silahlar və atların da dəfn edilməsi ilə səciyyələnən tumulus tipli torpaq təpəsi. Əvvəlcə Qara dəniz-Xəzər çöllərində istifadə edilən kurqanlar e.ə. III minillikdə Mərkəzi Asiyanın böyük hissəsinə, eləcə də Şərqi, Cənub-Şərqi, Qərbi və Şimali Avropaya yayılmışdır.
Ən erkən kurqanlar e.ə. IV minilliyə aid olub Qafqazda meydana çıxmışdır və bəzi tədqiqatçılar onları hind-avropalılarla əlaqələndirirlər. Kurqanlar eneolit, tunc, dəmir, antik dövr və orta əsrlərdə inşa edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türk mifologiyası Kateqoriya:Dəfn Kateqoriya:Türk dilində sözlər və ifadələr Kateqoriya:Türbələr Kateqoriya:Bina növləri