Avetis Ağaronyan (; ) — Erməni siyasətçisi, yazıçısı, ictimai xadimi və inqilabçısı. Erməni milli hərəkatının üzvlərindən biri olmuşdur.

Həyatı və fəaliyyəti Ağaronyan 1866-cı ildə Rusiya imperiyasının Sürməli qəzasında anadan olub. Böyüdükcə doğulduğu yerin Araz çayı və Sürməli yaxınlığında yerləşən Ağrı dağı kimi təbii xüsusiyyətlərindən təsirlənmişdir.

Anası Zərdar oxuyub-yazmaq bilirdi və övladına yazıb-oxumağı öyrətməklə onu oxutdurmağı bacarırdı. İbtidai təhsilini kənd məktəbində başa vurduqdan sonra Eçmiədzindəki Gevorkyan Seminariyasını bitirmişdir. Ağaronyan bir neçə il müəllim işləyib, sonra İsveçrənin Lozanna Universitetində tarix və fəlsəfə üzrə təhsil alıb. Bu dövrdə o, o zaman "Troşaq" (Bayraq) qəzetinin baş redaktoru olan Xristofor Mikaelyanla tanış olur. Daha sonra 1900-cü ildən hüquq fakültəsində çalışan Telemak Tutuncyan de Vartavan ilə dostlaşır və müstəqil Ermənistan yaratmaq üçün səylərini birləşdirməyə qərar verirlər. 1901-ci ildə məzun olduqdan sonra ədəbiyyat təhsili almaq Sorbonna Universitetinə qəbul oldu.

1902-ci ildə Qafqaza qayıdıb Tiflisdəki Nersisyan məktəbinin müdiri və "Mourj" (Çəkic) qəzetinin baş redaktoru kimi çalışmağa başladı. 1909-cu ildə çar hökuməti tərəfindən həbs edilərək Metexi həbsxanasına göndərilir və orada xəstələnir. İki il sonra edilən 20 min rublluq ianədən sonra azadlığa çıxır və sonra Avropaya gedir.

O, 1917-ci ildə Qafqaza qayıdıb və 1918-ci il mayın 28-də Birinci Ermənistan Respublikasının müstəqilliyini elan edən Erməni Milli Şurasına sədrlik edib, Osmanlı İmperiyası ilə Batum müqaviləsini imzalayıb.

1919-cu ildə Poqos Nübarla Paris Sülh Konfransında erməni nümayəndə heyətinin rəhbəri olmuş və burada erməni diasporu ilə bilavasitə əməkdaşlıqda "Vilson Ermənistanı"nı formalaşdıran Sevr müqaviləsini imzalamışdır.

Ağaronyan 1920-ci ildən sonra mühacirətdə, Parisdə yaşayırdı. 1926-cı ildə Antuan Meye tərəfindən Ədəbiyyat üzrə "Nobel" mükafatına namizəd göstərilib. 1934-cü ildə insult keçirib və həyatının son on dörd ilini əlil olaraq yaşayıb. Ağaronyan 1948-ci ildə Marseldə vəfat edib.

Qalereya

İstinadlar

Xarici keçidlər

Ağaronyan haqqında sənədli film

Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Erməni siyasətçilər Kateqoriya:Ermənistan yazıçıları Kateqoriya:Ermənistan memuarçıları Kateqoriya:Ermənistan milliyyətçiləri