thumb|300x300px|Kuşanşəhr vilayəti Sasani imperiyasının şərq hüdudlarında yerləşirdi.
Kuşanşəhr — Sasani imperiyasının Kabil vadisi ilə Pişəvər vadisi arasındakı regiondan ibarət vilayəti. Kuşanşəhr ərazisi mərkəzi Toxarıstanda idi və Termezdən Pişəvərə qədər olan ərazini əhatə edirdi. Kuşanşəhrdə Sasani hakimiyyətinin qurulması Mərkəzi Asiya ticarət yollarına nəzarət etməyə imkan vermişdir. Əraziyə Kuşan-sasanilər rəhbərlik edirdi. Hindistanla ticarət əlaqələrinin ənənəvi əhəmiyyətinə görə Kuşan standartına uyğun sikkələr buraxmışdılar.The Cambridge History of Iran: Seleucid Parthian, E. Yarshater, p.770 sq
Sasanilərin hökmranlığı Kuşanşəhrdə ərazinin kidarilər, sonra isə eftalitlər tərəfindən ələ keçirilməsi ilə sona çatmışdır.The Cambridge History of Iran: Seleucid Parthian, E. Yarshater, p.770 sq
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Sasanilər imperiyasının inzibati bölgüsü Kateqoriya:Əfqanıstan tarixi