300px|thumb|right|2025-ci il konstitusiya və suverenlik ili, Qusar.
2007-ci ildən etibarən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər bir il bir sahəyə həsr olunur. Bəzi illər müəyyən bir sahənin inkişafına diqqət ayırmaq üçün (məsələn, "Sənaye ili" və ya "Könüllülər ili") elan olunduğu halda, bəzi illər müəyyən hadisələrin yubileyini qeyd etmək üçün (məsələn, "Nizami Gəncəvi ili" və ya "Heydər Əliyev ili") elan olunur.
Prezident tərəfindən ilin elan olunması adətən ilin əvvəlində – yanvar ayında baş versə də, bəzi hallarda bir neçə ay qabaqcadan da il elan olunur. Məsələn, "Heydər Əliyev ili" 2022-ci ilin sentyabr ayında elan olunmuşdur. İllə bağlı keçiriləcək tədbirlər planı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hazırlanır. İl çərçivəsində ölkədə bir çox tədbirlər keçirilir, poçt markaları buraxılır.
Siyahı İlAdŞəkilElan tarixiSəbəb və ya məqsədİst. 2007 Gənclər İli 9 fevral 2007 "Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi … gənc istedadlara dövlət qayğısının artırılması" 2009 Uşaq İli 22 dekabr 2008 "uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi" 2010 Ekologiya İli 2011 Turizm İli 15 fevral 2011 "turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik Azərbaycanın təbiət abidələrinin və eləcə də Azərbaycan xalqının qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək" 2012 İdman İli 16 yanvar 2012 "İdmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması … rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi" 2013 İnformasiya-kommunikasiya texnologiyaları İliframeless|150px|center 16 yanvar 2013 "Qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək" 2014 Sənaye İli 10 yanvar 2014 "ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək" 2015 Kənd təsərrüfatı İli 12 yanvar 2015 "kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkənin aqrar potensialını geniş təbliğ etmək" 2016 Multikulturalizm İliframeless 11 yanvar 2016 "Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasını təmin etmək" 2017 İslam Həmrəyliyi İliframeless 10 yanvar 2017 "islam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək" 2018 Azərbaycan Xalq Cümhuriyyəti İliframeless 10 yanvar 2018 "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində layiqincə qeyd etmək" 2019 Nəsimi İliframeless 11 yanvar 2019 Nəsiminin 650 illiyi, "Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığı, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyəti" 2020 Könüllülər İliframeless 30 dekabr 2019 "gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək" 2021 Nizami Gəncəvi İli 5 yanvar 2021 Nizami Gəncəvinin 880 illiyi, "Nizaminin yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti" 2022 Şuşa İliframeless 5 yanvar 2022 Şuşanın 270 illiyi, "Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyəri" 2023 Heydər Əliyev İliframeless 29 sentyabr 2022 "Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək" 2024 Yaşıl dünya naminə həmrəylik İliframeless 25 dekabr 2023 "iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi"2025Konstitusiya və Suverenlik İli frameless|150px|center 28 dekabr 2024"Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, II Qarabağ (Zəfər) müharibəsinin 5-ci ildönümünü dövlət səviyyəsində qeyd etmək, adıçəkilən əlamətdar hadisələrin əhəmiyyətini yaşatmaq"2026Şəhərsalma və Memarlıq İli frameless|150px|center 22 dekabr 2025"Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqini və tətbiqini genişləndirilmək"
Qeydlər
İstinadlar
Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Azərbaycan siyahıları