HƏMAS gerbi — Fələstin islamçı silahlı təşkilatı HƏMAS-ın gerbi. Burada islami və militarist motivlər mövcuddur.
Xüsusiyyətləri Gerbdə Qüdsdə yerləşən Qübbətüs-Səxrənin qarşısında çarpazlanmış iki qılınc təsvir edilmişdir. Məscid iki Fələstin bayrağı ilə bəzədilmişdir. Burada şəhadəni təşkil edən iki ifadə var: "Allahdan başqa ilah yoxdur" (sağ bayraq) və "Məhəmməd Allahın elçisidir" (sol bayraq).
Qübbətüs-Səxrənin üstündə Fələstin mandatının xəritəsi var. Qübbənin dərhal altında "Fələstin" və altındakı yaşıl pankartda "İslam Müqavimət Hərəkatı – Həmas" yazılmışdır.
Həmçinin bax
HƏMAS bayrağı
İstinadlar
Kateqoriya:HƏMAS