Dövlət Rəmzləri Muzeyi – Azərbaycanın Tovuz rayonunda yerləşən və Azərbaycanın dövlət rəmzlərinə həsr olunmuş muzey.
Tarixi Muzey 4 mart 2020-ci ildə açılmışdır. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir.
Xüsusiyyətlər Muzey binası 1 sərgi və 22 yerlik konfrans zallarından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında 3 bölmə yaradılmışdır. Bölmələrdə Azərbaycan xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü, Azərbaycan SSR dövrünü və Azərbaycanın müstəqillik dövrünü əks etdirən konstitusiyalar, gerblər, bayraqlar, poçt markaları, orden və medallar nümayiş olunur.
Qalereya
İstinadlar
Kateqoriya:2020-ci ildə yaradılmış muzeylər Kateqoriya:Azərbaycandakı tarix muzeyləri Kateqoriya:Tovuz rayonundakı muzeylər Kateqoriya:2020-ci ildə Azərbaycanda yarananlar