thumb|294x294px| Montreal komikkonunda Katniss Everdin kimi geyinən kospleyer, iyul 2015 Fendom — ümumi maraqları paylaşan pərəstişkarlardan ibarət submədəniyyət. Azarkeşlər, adətən, fendomlarının obyektlərinin xırda təfərrüatları ilə də maraqlanırlar və sosial şəbəkədə vaxtlarının böyük hissəsini maraqlarına sərf edirlər.

Fendom insan maraqlarının və ya fəaliyyətinin istənilən sahəsini əhatələndirir. Azarkeşlərin maraq dairəsi kiçik bir şəkildə müəyyən edilə bilər, eləcə də məşhur bir şeyə yönəldilə bilər və ya bir neçə hobbi, janr və ya dəb əhatə edə bilər. Hazırda bu termin hər hansı bir mövzuya heyran olan insan qruplarına şamil edilsə də, ilk əvvəl idman həvəskarlarına aid edilirdi. Merriam-Webster lüğətində bu terminin istifadəsi 1903-cü ilə qədər gedib çıxır.

Mütəşəkkil submədəniyyət kimi Ədəbi detektiv Şerlok Holmsun pərəstişkarları Holmes 1893-cü ildə "öldürüldükdən" sonra ictimai matəm nümayişləri keçirərək təxminən 1897-ci ildən 1902-ci ilə qədər ilk fan-əsərlərini yaratmışlar və bu təşkil olunmuş ilk müasir fendom hesab olunur.

Medianın əhatə dairəsindən kənarda dəmir yolu həvəskarları XIX əsrin sonlarından populyarlıq qazanmağa başlayan və XX əsrin əvvəllərinin ilk onilliklərində getdikcə daha çox tanınan başqa bir erkən fendom olmuşdur. thumb| 1956-cı ildə Nyu-Yorkda keçirilən 14-cü Dünya Elmi Fantastika Konvensiyasında ziyafət Media fendomu 1970-ci illərin əvvəllərində elmi fantastika fendomundan ayrıldı və diqqət mərkəzi TV və filmlər daxilindəki personajlara yönəldi, məsələn: Star Trek və The Man from U. N. C. L. E..

Anime və manqa fendomu 1970-ci illərdə Yaponiyada təşkil olundu. Amerikada isə bu fendom elmi fantastika fendomunun bir qolu olaraq başladı, pərəstişkarlar toplantılarına Yapon manqasının əldə edilmiş nüsxələrini gətirməyə başladılar. Elmi fantastika və anime fendomları mediada böyüyərkən, 1960-cı illərin sonu — 1970-ci illərin əvvəllərində ortaya çıxan hippi mədəniyyəti ətrafında cəmiyyətə və texnologiyaya davamlı təsir göstərəcək qlobal fendom ortaya çıxdı.

Fendomları olan əlavə mövzulara komikslər, cizgi filmləri, video oyunlar, idman, musiqi, filmlər, televiziya şouları, jurnallar, sabun operaları, məşhurlar və oyun şouları daxildir.

Fan fəaliyyətləri thumb| İngilis telefon köşkündə Şerlok serialına aid fan sənət işi Fendomun üzvləri bir-biri ilə ünsiyyət qurur, tez-tez fan toplantılarında iştirak edir, müxtəlif işlər və xəbər bülletenləri dərc edir və mübadiləsi aparırlar. Əvvəl çap mediasından istifadə edən bu submədəniyyətlər öz kommunikasiyalarının və qarşılıqlı əlaqəsinin çox hissəsini müasir zamanımızda internetə köçürüblər ki, bu da öz fanat bazasına aid ətraflı məlumatın arxivləşdirilməsi məqsədilə istifadə olunur. Çox vaxt pərəstişkarlar müəyyən bir işə olan sevgilərini və tənqidlərini bölüşmək üçün forumlarda və müzakirə toplantılarında yığışırlar. Ən əsası, bu cür müzakirələr medianın özünə də təsir göstərə bilər.

Fendom və texnologiya İnternetin yüksəlişi fendom üçün yeni və güclü imkanlar yaratdı. Bu, FTP üzərindən lent ticarətinə səbəb oldu. Ümumdünya Şəbəkəsinin yaranmasından sonra bir çox icmalar fendomların təcrübələrini onlayn qəbul etməyə başladılar.

İstinadlar Kateqoriya:Hüqo Gernsbek Kateqoriya:Fendom

Xarici keçidlər "Fendomun sahibi kimdir?" – Salon.com 13 dekabr 2000-ci il "Rank and Phile" də Archived – Arts Hub xüsusiyyəti, 12 avqust 2005-ci il Niyə mən fanat deyiləm, John Roderick HomeStuck — rəsmi sayt Transformativ İşlər Təşkilatı – Fendomu təbliğ edən və fanworkləri arxivləşdirən qeyri-kommersiya təşkilatı. "Sağ qalan fendom" — Mookychick 24 iyun 2013-cü il Harry Potter Alliance — rəsmi sayt Kateqoriya:İngilis dilində ifadələr Kateqoriya:Komiks terminləri