Nəriman Axundzadə () — azərbaycanlı futbolçu. Azərbaycan milli komandasının heyətində hücumçu mövqeyində çıxış edir.
Erkən həyatı Əslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü ildə Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Axundovlar ailəsinin son beşiyi olan Nərimanın futbol karyerası "Xəzər-Lənkəran" klubundan başlayıb. 12-13 yaşından isə "Qarabağ"ın aşağı yaş klubunda futbol fəaliyyətini davam etdirib.https://news.milli.az/sport/1185210.htmlhttps://azxeber.com/az/tarixi-oyunda-zefer-qoluna-imza-atan-neriman-axundzade-kimdir/idman/test
Karyerası
Qarabağ "Xəzər Lənkəran" futbol klubunun yetirməsi olan Nəriman daha sonra "Qarabağ" klubuna qoşulub və digər yaş qruplar üzrə komandalarda da çıxış edib. Nəriman Axundzadə 2022–23 mövsümünün 12-ci turunda "Qarabağ"ın heyətində "Şamaxı"ya qarşı oyunda 19-cu dəqiqədə Filip Ozobiçi əvəz edərək meydana çıxıb və komandasında debüt edib. Həmin mövsüm o, komandasının Azərbaycan Premyer Liqasında qalib gəlməsində rol oynadı.
N. Axundzadə avrokuboklarda ilk qolunu 2023/24 mövsümündə 1/16 final mərhələsində Bakıdakı cavab oyununda Portuqaliyanın "Braqa” klubuna 120+2-ci dəqiqədə vurmaqla komandasının 1/8 finala keçməsini təmin edib. Nəticədə Qarabağ 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib və Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub.
24 dekabr 2024-cü ildə Beynəlxaq İdman Araşdırmaları Mərkəzi (CIES) yaşı 21-dən aşağı olan ən yaxşı futbolçuların siyahısını açıqlayıb. O, bu göstəriciyə görə 75.1 əmsalla 7-ci pillədə qərarlaşıb. Axundzadə sağ vingerlərə ən çox məhsuldar ötürmə verən və onlara qapıya zərbə vurmaq imkanı yaradan futbolçulardan hesab olunub.
28 mart 2025-ci ildə "Turan Tovuz"a qalib gəldikləri oyunda (4:1) baxımlı qola atan Nəriman tənqidlərə "susun" əl jestiylə cavab verib.
Nəriman "Qarabağ" formasıyla ümumlikdə 127 oyunda 35 qol vurub, 17 məhsuldar ötürmə edib.
Kolumbus Kryu 10 fevral 2026-cı ildə "Kolumbus Kryu" liqaların U22 təşəbbüsü vasitəsilə Axundzadəni transfer etdiklərini açıqladı. Yerli futbolçular arasında ən yüksək məbləğli transfer kimi (1.5 milyon dollar) Azərbaycan futbolunun tarixinə düşüb.
Nəriman bütün turnirlərdə cəmi 10 matçda meydanda olub və 1 assistlə yadda qalıb.
Ərzurumspor 8 avqust 2026-cı ildə Nəriman Axundzadənin "Ərzurumspor"a icarə əsasında keçib. O, klubun heyətində 16 avqustda "Amed"lə 3:0 məğlub olduqları səfər matçında 75-ci dəqiqədə meydana çıxaraq debüt edib.
Milli komanda Nəriman 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində çıxış edib. O, İslam Həmrəylik Oyunlarında Azərbaycan milli komandasının heyətinə cəlb edilmişdi. O, 19 noyabr 2023-cü ildə UEFA Avro 2024-ün seçmə mərhələsində Belçikaya qarşı uduzduqları oyunda Azərbaycan millisinin heyətində debüt edib.
Oyun statistikası Klub
+ Klub, mövsüm və yarışa görə oyun və qol sayıKlubMövsümLiqaMilli KubokLiqa kubokuQitəDigərCəmiLiqaOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolQarabağ FK2022-23Azərbaycan Premyer Liqası9000000000902023-24Azərbaycan Premyer Liqası31125400121004817Cəmi40125400121005717Karyerasında cəmi40125400121005717
İstinadlar
Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:ABŞ-də legioner futbolçular Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular