Ziyabil Məmmədov (; ) — azərbaycanlı futbolçu. Hücumçu mövqeyində oynamışdır.
Bioqrafiyası Ziyabil 11 yaşında futbol oynamağa başlamışdır. Gəncənin "Spartak" komandasında məşqçi Əvəz Məmmədovun rəhbərliyi altında bu oyunun əsaslarına yiyələnmişdir. 16 yaşında Rövşən Əhmədov futbolçunun müəllimi olmuşdur. Daha sonra Arzu Mirzəyevin rəhbərliyi altında "Tim Gəncə" () komandasının tərkibində həvəskarlar liqasında çıxış etməyə başlayıb.
Karyerası
Çempionat O, futbolçu karyerasına 2009-cu ildə Bakının ÇSKA-nın əvəzedici komandasında çıxış etməklə başlayıb. Sonra hərbi xidmətlə əlaqədar futbolçunun karyerasında qısamüddətli fasilə yarandı. 2011-ci ildə isə Azərbaycan çempionatının Birinci Divizion klubu Şəmkir FKAzerbaijan I Divizion league table 2011/12 -da debüt etdi. 2012-ci ilin yayında mövsümün sonunda Premyer Liqa klubu "Kəpəz"ə transfer oldu. Yarım mövsümü Gəncə təmsilçisində keçirdikdən sonra 2013-cü ilin yanvarında birinci liqada çıxış edən Bakının "Tərəqqi" klubu ilə müqavilə imzaladı. Həmin ilin yay transfer pəncərəsində o, "Zaqatala Simurq"un əvəzedici komandasına yer aldı və mövsümün yarısını da burada keçirdi
2014-cü ilin yanvarında "Kəpəz" klubuna qayıdıb. O vaxta qədər komanda artıq Birinci Divizionda oynayıb"Kəpəz"dən 16 transfer — SİYAHI , lakin çempionatın nəticələrinə görə yenidən Premyer Liqada oynamaq hüququ qazanıb. 2015-ci ilin iyun ayında Gəncədə keçirilən seleksiya düşərgəsində Məhərrəm Hüseynov və Tural Rzayevlə birlikdə əsas komandaya cəlb olunan 3 futbolçudan biri olub.Azerbaijan,First-Division/2014-2015,Turan-Tovuz vs Kapaz PFK Lakin yeni müqavilə imzalanan digər iki futbolçudan fərqli olaraq, Məmmədovun müqaviləsi uzadılıb. O, "Kəpəz"də 77 nömrəli forma altında oynayır.
Kubok Gəncə Kəpəz PFK-nın futbolçusu kimi Azərbaycan Kubokunda aşağıdakı oyunları keçirib: № Tarixi Raund Klub Rəqib Liqa Nəticə 1 22 oktyabr 2012 Birinci raund - 1/16 final "Qala" "Kəpəz" Birinci Liqa 2 : 4Qala vs. Kapaz 2 — 4
İstinadlar
Mənbə
Ziyabil Mammadov profile on transfermarkt.co.uk
Xarici keçidlər APFL - Azərbaycan Peşəkar Futbol Liqasının saytında futbolçunun profili Ziyabil Mammadov Vereinsstationen als Spieler
Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Şəmkir FK futbolçuları