Viktor Klaynın ev muzeyi — XIX əsrin əvvəllərinə aid ev muzeyi. Göygöldə yaşayan son alman Viktor Klayna məxsus ev.

Haqqında 150px|thumb|Viktor Klayn Viktor Klayn 1935-ci il sentyabrın 1-də Göyöl şəhərində anadan olub. İxtisasca radiotexnik olub. Ailə qurmayıb. Yaşadığı ev 1886-cı ildə Viktor Klaynın ana babası Yoşua Klayn tərəfindən tikilib. 1941-ci ildə SSRİ ərazisində almanları sürgün edəndə qarışıq ailələri sürgün etmirdilər. Viktor Klaynın da atası polşalı olduğu üçün onu və anasını sürgün etmirlər. Viktor Klayn ölümündən əvvəl yaşadığı evi Azərbaycanda fəaliyyət göstərən Almaniya səfirliyinə vəsiyyət edib. 2007-ci il martın 29-da Göygöldə vəfat edib. Göygöldə yerləşən alman qəbiristanlığında dəfn edilib.

Yaşadığı ev Göygöldə yaşayan almanların xatirəsini qorumaq üçün muzey kimi təmir edilib.

Həmçinin bax Göygöl Müqəddəs İohann kilsəsi

İstinadlar

Xarici keçidlər Viktor Klayn / Füzuli Sabiroğlu Göygöldəki alman izləri… / İctimai Tv Göygöldə yaşamış sonuncu alman Viktor Kleynin dostu xatirələrini danışır / Azərtac Göygöldə yaşayan sonuncu almanın hekayəsi / BAKU TV Göygöl rayonunda yaşayan sonuncu alman – Viktor Klaynın evi / MediaPost TV Kateqoriya:Azərbaycandakı ev-muzeylər Kateqoriya:Azərbaycan almanları Kateqoriya:Şəhərlərinə görə Azərbaycan muzeyləri