Kloi Moriondo (; ) — amerikalı müğənni-mahnı yazarı və YouTuber. O, indi-pop, bedrum pop və hiperpop üslublu mahnıları ilə tanınır. Kloinin 2014-cü ilin yanvarında açdığı YouTube kanalı hal-hazırda 3 milyondan çox abunəçiyə və 200 milyondan çox baxışa sahibdir.

Həyatı Kloi Moriondo Miçiqan ştatının Detroyt şəhərində doğulub-böyüyüb.

Karyerası Kloi "Rabbit Hearted" adlı ilk studiya albomunu 31 iyul 2018-ci ildə yayımlayıb. O, ilk mini-albomu "Spirit Orb"u isə 24 aprel 2020-ci ildə çıxarıb. Kloi 2020-ci ilin may ayında Fueled by Ramen ilə müqavilə bağlamış və "I Want to Be with You" mahnısını buraxmışdır.

O, ikinci studiya albomu "Blood Bunny"ni "I Want to Be with You" və "Girl on TV" sinqlları ilə bərabər buraxıb. Kloi 2021-ci ildə "Jimmy Kimmel Live"da "Blood Bunny" albomundan "Bodybag" mahnısını canlı olaraq ifa edib. Həmçinin o, "James Corden ilə The Late Late Show"-da "I Want to Be with You" mahnısını da oxumuşdur.

Kloi "puppy luv" adlı ikinci mini-albomunu 2022-ci ilin aprelində yayımlayıb. O, "Blood Bunny" albomunun delüks versiyasını 2022-ci ilin iyununda buraxıb. Kloi 2022-ci ilin mayından iyununa qədər mxmtoon-un rising (the tour) konsert turunda iştirak etmişdir. O, "SUCKERPUNCH" adlı üçüncü albomunu 2022-ci ilin oktyabrında yayımlayıb. O, 12 oktyabr 2022-ci ildən 19 noyabr 2022-ci ilə qədər ABŞ və Kanadada canlı çıxışlar edib. O, 8 dekabr tarixində Birləşmiş Krallıq və Avropa turlarını ləğv etdini elan etmişdir.

Kloi 10 fevral 2023-cü ildə Pierce the Veil qrupunun yeni çıxan albomu "The Jaws of Life"dakı "12 Fractures" trekində qonaq ifaçı kimi yer alıb.

Şəxsi həyatı Kloi Moriondo özünü non-binar kimi hesab edir, o, həm də 2021-ci ilin iyun ayında özünü sadəcə bir qız kimi tanıdığını da deyib. O, she/her və they/them pronounslarından istifadə edir və cinsiyyətini açıqlamır. Kloi 2021-ci ilin sentyabrında Twitter izləyicilərinə artıq özünü lezbiyan hesab etmədiyini bildirib.

Diskoqrafiya Albomlar Rabbit Hearted. (2018) Blood Bunny (2021) SUCKERPUNCH (2022)

Mini-albomlar Spirit Orb (2020) blood bunny (acoustic) (2021) puppy luv (2022)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fueled by Ramen artistləri Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:LGBT müğənnilər Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:YouTuberlər Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:İndi-pop musiqiçiləri Kateqoriya:Qadın musiqiçilər