Samir Sadıxov () — Azərbaycan avtomobil dizayneri.

Həyatı Samir Sadıxov 20 iyul 1990-cı ildə Azərbaycan SSR-nin Gəncə şəhərində anadan olmuşdur. O, İtaliyanın Turin şəhərindəki Avropa Dizayn Universiteti "Nəqliyyat vasitələrinin dizaynı" fakültəsində bakalavr təhsili almışdır. Sadıxov daha sonra Almaniyanın Pfortshaym şəhərində yerləşən Pfortshaym Universitetində magistr təhsili almışdır.

Sadıxov 2011-ci ildə "Ferrari Xezri" konsepti ilə populyarlıq qazanmışdır. Onun konsepsiyası "Ferrari World Design Contest"də ikinci mükafata layiq görülmüşdür. Dizayn "Ferrari 458"dən ilhamlanmışdır.

O, "Lamborghini", "Rezvani Motors", "Ford", "Ferrari", "Gensis", "Aston Martin" və s. avtomobil firmaları ilə işləmişdir.

İşləri thumb| Genesis X Convertible

Konsept avtomobillər Cadillac C-Ville Cadillac XTS Alfa Romeo TZ4

Humvee

Brubaker Box

Ferrari F4T

Alonso Indycar

Ford Caspi

Aston Martin DBS

Quattro Beasts

Incepto GT (Saşa Selipanov ilə) Genesis Mint Genesis ESSENTIA Jeep Vangler Land Rover Defender

İstehsal olunan avtomobillər thumb| Rezvani tankı

Rezvani Beast Rezvani Tank Lamborghini Aventador J (komanda tərkibində)

Lamborghini Urus (komanda tərkibində) Genesis X Convertible

Konsept jet Dassault Falcon S

Təkər Hankook Boostrac

Mükafatlar IF Design Awards (2015) Red Dot Design Awards (2015) Automobile Magazine – İlin ən yaxşı konsept avtomobili (2018)

İstinadlar

Kateqoriya:Azərbaycan dizaynerləri