Qoçəhmədli məscidi — Azərbaycanın Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən memarlıq abidəsi.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscidin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən məscid Kərbəlayi Səfixan Qarabaği tərəfindən 1905-1906-cı illərdə tikilib. Məscid Qoçəhmədli kəndinin yuxarısında, Şükür bəyə məxsus malikanənin qarşısındakı dağətəyi düzənlikdə yerləşir. Giriş qapısının üzərindəki kitabədən məlum olur ki, Qoçəhmədli məscidi 1905-1906-cı illərdə tikilib. Ölçüsündə kiçik fərqlər olsa da, Qoçəhmədli məscidi zahiri və daxili memarlıq üslubuna, dizaynına görə Hacı Ələkbər məscidini xatırladır. Qoçəhmədli məscidinin ibadət zalında dörd səkkizguşəli daş sütun var. “Yayvari tağlar və günbəzlər, eyni ox üzərində yerləşdirilmiş yükdaşıyıcı divar səthindəki sütunlar Hacı Ələkbər məscidindəki ilə demək olar ki, eyni struktur elementləridir”.
Qoçəhmədli məscidi iki mərtəbədən ibarətdir. İkinci mərtəbədə qadınlar üçün nəzərdə tutulub.
Sovet işğalında Sovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.
Bundan sonra məscid bağlanıb istifadəsiz qalıb.
Müstəqillikdən sonra Qoçəhmədli kəndi 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscidin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Kənd 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Kənd işğalda olduğu dövr ərzində məscid qismən dağıdılıb və ermənilər tərəfindən tövlə kimi istifadə olunub.
Həmçinin bax
Şah Abbas məscidi
İstinadlar
Xarici keçidlər
Qoçəhmədli məscidi Qoçəhmədli məscidi / Azərbaycan Dövlət İnformasiya Agentliyi
Kateqoriya:Füzuli rayonunun məscidləri Kateqoriya:Azərbaycandakı şiə məscidləri Kateqoriya:XVIII əsr məscidləri Kateqoriya:Azərbaycanın memarlıq abidələri