– Yaponiyanın Niiqata prefekturasının Murakami şəhərində yerləşən muzey. Yaponiyada yaşayan qızılbalıqlara həsr olunmuşdur.
Tarixi və xüsusiyyətlər Muzey 1987-ci ilin aprelində açılmışdır. 1998-ci ilin oktyabrında muzeyin altında Miomote Qızılbalıq Müşahidə Muzeyinin açılışı baş tutmuşdur. 2000-ci ilin martında muzeydə yenidənqurma işləri aparılmışdır. 2018-ci ilin martında muzeyin ümumi ziyarətçi sayı 2,5 milyona çatmışdır.
Muzey Miomote çayının sahilində yaradılmış Qızılbalıq Parkının tərkib hissəsinə daxildir. "İyoboya" sözü Murakami şəhərinin dialektində qızılbalığı bildirmək üçün istifadə olunan sözdür. Tarixən qızılbalıqlar Murakami regionunun xalqı üçün əhəmiyyətli qida mənbəyi olmuşdur. Muzey Miomote çayının Murakami şəhərindən keçən hissəsində qızılbalıq mədəniyyəti və tarixinə həsr olunmuşdur. Mövsümdən asılı olaraq burada qızılbalıqların yumurta qoymasını və yumurtadan çıxmasını müşahidə etmək mümkündür.
2023-cü ilin noyabrında muzey ənənəvi qızılbalıq sərgisi üçün canlı qızılbalığının olmadığını açıqlamışdır. Adətən 60 canlı qızılbalığının sərgiləndiyi muzeydə Yaponiyadakı anomal istilər səbəbilə heç bir qızılbalığı qalmamışdır.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya akvariumları Kateqoriya:Niiqata prefekturasındakı muzeylər Kateqoriya:1987-ci ildə yaradılmış muzeylər Kateqoriya:Murakami (Niiqata) Kateqoriya:1987-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Yaponiyadakı balıqçılıq muzeyləri