"Şah İsmayılın naməlum tarixləri" və ya "Şah İsmayılın naməlum tarixləri" əlyazmaları — XVII əsrin sonlarında ortaya çıxan və erkən Səfəvi (I İsmayıl) tarixi barədə məlumatlar verilən əlyazma əsərlər nəzərdə tutulur.

Əsərlər müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılmaqla 11 əlyazmadan ibarətdir. Eyni zamanda "MS Or. 3248", "Ross Anonymous" və ya "Cahanqoşai-ye Xaqan" adlandırılan daha bir əlyazma var. Bu əsər 11 əlyazmalıq əsərlər seriyasına daxil edilməsə də, onun bu əsərlərin meydana çıxmasına rəvac verdiyi iddia edilməkdədir. Həmçinin bu əsər vasitəsiylə öyrənilən bilgilər əsasən 11 əlyazmanın qızılbaş tayfa ənənəsi əsasında ailə daxili hekayələrin yazıya alınması hesabına yazıldığı güman edilir. Bu əsərlərin ən azından bəzilərin Cənubi Azərbaycanda yazıldığı, dilində güclü Azərbaycan türkcəsinin təsiri olduğu iddia edilməkdədir.

Haqqında XVII əsrin sonunda dəyişdi, Şah İsmayıl və onun hərbi əməliyyatları barədə yazılmış əsərlər meydana çıxdı. Wood bu kitabların şifahi ədəbiyyatla və xalq yaddaşı ilə əlaqəli olduğunu, oradan alınan bilgilər hesabına yazıldığını güman etməkdədir. Bunlar "Şah İsmayılın naməlum tarixləri" adlanır. Bu əlyazmalarda tapılan nağıllar saray tarixçilərinin qələmə aldığı rəsmi rəvayətlərə paralel, lakin ondan fərqli olaraq, sülalənin formalaşma illərinin alternativ tarixini təşkil edir. Bəzi müasir alimlər hekayələri "dəyişdirilmiş və təhrif edilmiş bir ənənə… tarixi povest kimi əslində dəyərsiz… uşaqcasına və inandırıcı" kimi rədd edirlər. Digərləri isə onları "xalqın səsinin nümunəsi" kimi görərək daha müsbət fikirdədirlər. Bu qiymətləndirmələr, təbii ki, bir-birini inkar etmir.

"Şah İsmayılın naməlum tarixləri"nin 11 əlyazmasının mövcud olduğu bəllidir. Barry Wood bu əsərlər barədə bunları yazmışdır:

Şah İsmayılın anonim tarixləri"nin on bir əlyazmasının mövcud olduğu məlumdur. Onlar Cədvəl 1.24-də verilmişdir. Bunlardan üçü (Cədvəl 1, № 3, 4 və 9) istisna olmaqla, ən azı bir qədər təfərrüatlı şəkildə araşdıra bilmişəm. Bu əlyazmaların təqdimatına keçməzdən əvvəl, konkret desək, "Anonim Tarixlər"in özündən biri olmayan, lakin bununla belə, təkcə onların məzmununa güclü təsir göstərdiyinə görə onlarla yanaşı nəzərdən keçirilməyə layiq olduğuna görə yox, həm də nağılların özünün formalaşmasının ilkin mərhələsini işıqlandıra bildiyinə görə nəzərdən keçirməliyik. Bu, əvvəllər "Ross Anonymous" kimi tanınan əlyazmadır. +"Şah İsmayılın naməlum tarixləri"nin əlyazmaları:BaşlıqTarixKitabxana və sıralanma nömrəsiTarix-e Cəhanara1683Dublin, Chester Beatty Library, MS Per. 278Aləmara-ye Səfəvi1689Tehran, Muzeh-ye Rezā ʿAbbāsi, MS 600Aləmara-ye Səfəvi1126/1714Şəxsi kolleksiya (Seyyed Mohammad Tāheri Şahāb)Aləmara-ye Səfəvi1716–17 və ya 1794–95Tehran, Ketābkhāneh-ye Sepāhsālār (Motahhari), MS 1514Tarix-e İsmayılXVIII əsr (dəqiq deyil)London, British Library, MS IOL 1877Tarix-e Şah İsmayıl-e SəfəviXVIII əsr (dəqiq deyil)Tehran, Ketābkhāneh-ye Majles-e Shorā-ye Eslāmi, MS 9421Tarix-e Şah İsmayıl-e SəfəviXVIII əsr (dəqiq deyil)Tehran, Ketābkhāneh-ye Majles-e Shorā-ye Eslāmi, MS 635Aləmara1234/1819Tehran, Ketābkhāneh-ye Majles-e Shorā-ye Eslāmi, MS 761Naməlum1823–1824Şəxsi kolleksiya (Ahmad KhānMalek Sāsāni)Aləmara-ye Şah İsmayıl1825Şəxsi kolleksiya (Asgar Montazer Sāheb)Aləmara-ye SəfəviyəSilinibŞəxsi kolleksiya (mərhum Hoseyn Meftāh Farzand)

Əsərlər

MS Or. 3248 British Library, MS Or. 3248 əlyazmasındakı tarix Şah İsmayılın Ərdəbildəki əcdadları ilə başlayır və onun ölümünə qədər davam edir. Bu əlyazmanın bir digər adı "Ross Anonymous"dur və yuxarıda da qeyd edildiyi kimi əslində "Şah İsmayılın naməlum tarixləri"nə daxil deyil. Əlyazmaya belə bir ad verilməsinin səbəbi onun ilk dəfə E. Denison Ross tərəfindən XIX əsrin sonlarında araşdırılmasına görədir. Uzun müddət araşdırmaçılar onu 1540-cı illərə, yəni Şah Təhmasibin dövrünə aid edirdilər Lakin 1990-cı ildə A. H. Morton tərəfindən yazılmış məqalədə böyük ölçüdə əsaslandırıldı ki, əlyazma 1670-ci illərə, yəni Şah Süleymanın dövründə yazılmışdır. Həmçinin Morton göstərdi ki, əslində əlyazma naməlum müəllif tərəfindən yox, Bican adlı şəxs tərəfindən yazılmışdır və əls adı "Cahangoşai-ye Xaqan"dır. Wood əlyazma barədə bunları yazır:

Yuxarıda qeyd edildiyi kimi, Ms Or. 3248, özlüyündə "Şah İsmayılın anonim tarixləri"nin əlyazması deyil. Daha doğrusu, bu, müxtəlif tarixi mənbələrin bir pastişidir, bəziləri müəyyən edilə bilər, bəziləri isə yox. Bijanın metodu, Mortonun sözləri ilə desək, "qayçılamaq, yapışdırmaq və abreviatura" idi, buna görə də mətn əvvəlki tarixlərin qəlibində çox çıxdı: sintaktik cəhətdən işlənmiş, vurğulamaq üçün şeirlə bəzədilmiş və törədilmiş. Ancaq "Cahangoşai-ye Xaqan"ı maraqlı edən şey "anonim tairhlərə" açıqca borclu olan [yəni onlardan alınmış] (və ya eyni) olan materialın onnu üzərindəki hiss edilə biınə təsiridir. MS Or. 3248-dəki marjinal qeydlərə əsasən, görünür ki, müəllif inanılmaz hesab etdiyi nağılları daxil etmək üçün xaricdən müəyyən təzyiqlərə məruz qalıb (və buna görə də özünü ondan uzaqlaşdırmaq məcburiyyətində hiss edib). Morton analizlərinə əsaslanaraq, bu təzyiqin görünüşə görə Rəştdən gətirilən, açıq-aydın Şah İsmayıl barədə "dastan" ilə bağlı hekayələri ehtiva edən və Bicana zorla qəbul etdirilən "uyğunsuz/əlaqəsiz əlyazmanı" Bicana zorla qəbul etdirilən saray qulamlarından gəldiyini iddia edir.

Mortonun burada Rəşt kimi oxuduğunun əslində Rəşt olmadığını iddia edən Wood, buradakı hərfin R yox, başqa bir hərf olduğunu, amma özünün də buhərfi doğru oxuya bilmədiyini qeyd etmişdir. Bicanın kimliyi məsələsinə gəldikdə isə Wood, Mortonun burada da yanıldığını, onun aqayan deyərkən saray xacələrini nəzərdə tutduğunu bildirir. Wood iddia edir ki, ağa termini xacələri ehtiva etmir, əslində bu termin Səfəvi sarayındakı orta dərəcəli saray əhalisinini təsvir etmək üçün işlədilirdi. Bu insanlar isə torpaq sahibi olan hərbçi ailələrdən ortaya çıxrdı. O, bütün bunları nəzərə aldıqda aqayan (yəni ağalar) dedikdə nə gürcülərin (Bican özü güman ki gürcü idi), nə də xacələrin nəzərdə tutulmadığını, hansısa Qızılbaş tayfası üzvünün nəzərdə tutulduğunu yazmışdır.

Wood həm Bicanın özünün etnik kökəninin, həm də əlyazmanı ona verən ağanın kimliyinin anlaşılmasının əsərin tərtib edildiyi mühitin anlaşılması üçüm mühüm hesab edir. Çünki Mortonun da qeyd etdiyi kimi ilk Səfəvilər dövrünün sarayla bağlı şöhrətpərəstlik hekayələrinin sarayda gürcülərin marağı və ya xeyri üçün deyilməsi çətin görünür. Çünki gürcülər bu zaman demək olar ki, sarayda təmsil edilmirdilər. Həmçinin nə gürcülər qızılbaşların, nə də qızılbaşlar gürcülərin "pərəstişkarı" deyildilər. Buna görə də, Wood qızılbaş bir ağanın erkən Səfəvi dövrü qızılbaşlarının qəhrəmanlığı barədə hekayələri eşitməsini inandırıcı hesab edir. O, belə bir hərəkətin Səfəvi ordusunun zəiflədiyi, həm şərqdə, həm də qərbdə ağır zərbələr almış Səfəvi dövlətinin süqut mərhələsinə girmiş olduğu dövrdə bunu məntiqli bir hadisə kimi görür. Bu əsərlər toplusunun kökünün Şah İsmayılın əməllərinin həqiqətən şahidi olmuş və hekayələri təkrar-təkrar söyləməklə rəvayətə çevrilən Qızılbaş ağaların əcdadlarının təcrübəsində yatdığını söyləmək qeyri-mümkün görünmür. Həmçinin qeyd etmək də lazımdır ki, bu hekayələrin təkrar-təkrar söylənilməsi Bican dövründə sarayın səs-küylü göründüyü narrativə çevrilmişdir.

Wood yazır ki, əgər bu anonim əsərlərin kökəni həqiqətən də qızılbaş ailələrin tarixi bilgisi nəticəsində ortaya çıxması iddiası doğrudursa, bu tarixçilərə bilinən faktlar arasında əlavə əlaqələr də qurmağa kömək edə bilər:

…Məsələn, Mortonun məqaləsində qeyd etdiyi kimi, "Ross Anonymous"un yenidən tarixə salınması Həsən bəy Rumlunun Əhsən ət-təvarixinin yeni əhəmiyyət kəsb etməsi deməkdir. Rumlu özü də Şah İsmayılın sərkərdələrindən birinin nəvəsi olan qızılbaş idi və ona görə də babasının zamanında baş vermiş fəthin ağır günlərinin "evdaxili" nağılları ilə tanış olardı. "Əhsən" həmçinin Səfəvi tarixinin "Anonim tarixlər"dən başqa heç bir əsərində yer almayan hekayələri də əhatə edir ki, burada "Əhsən"də tapılan mikrob tam bir epizodda genişlənir. Buraya həm Or. 3248 and in the Chester Beatty Library əlyazmalarında da rast gəlinən Efiopiya məmlüklərinin Suriya sərhədi yaxınlığında qızılbaşların ov qonaqlığı ilə qarşılaşması hekayəsi də daxildir. Nəhayət, qeyd etmək yerinə düşərdi ki, həm Şokri, həm də Montazer Saheb nəşr etdikləri əlyazmalara dair öz müqəddimələrində linqvistik dəlillərə əsaslanaraq qeyd edirlər ki, nağılların müəllifi və ya tərtibçisinin görünür İranın şimalından, xüsusən də Azərbaycan bölgəsindən gəldiyini, ya da ən azından orada uzun müddət yaşadığını qeyd ediblər. Onlar həmçinin qeyd edirlər ki, o, qeyrətli şiə təmayüllü adi bir insandır, hətta Şeyx Səfi ailəsinin sufi məzhəbinin üzvüdür. Katibin azərilərin [Azərbaycan türkləri] təsiri altında olan fars dili ilə Səfəvi ordeninin üzvü olması ehtimalı bu nağılların nəql edildiyi kimi Qezelbaşların ailə ənənələri ilə əlaqəsini təsəvvür etməyi asanlaşdırır.

Son bir müşahidə olaraq, şifahi hekayə ilə təklif olunan əlaqə Bijanın "uyğun olmayan (namarbut) əlyazma" ilə bağlı şikayətini izah edə bilər. Ola bilsin ki, Bijanın həddən artıq yardımçı həmkarları onu naqqal tumarından mənbə kimi istifadə etməyə çalışırdılar; Bican kimi "ciddi" bir tarixçi belə bir sənədin ehtiva etdiyi şeyləri — hekayə süjetləri toplusudur — nāmarbutu dəqiqliklə tapardı. Beləliklə, Cahanqoşai-ye Xaqan "Şah İsmayılın anonim tarixləri"nin əlyazması olmasa da, müasir alimlərə bu nağılın mümkün mənşəyinə geniş işıq salmağa imkan verdi.

MS Per. 278 Bu əsərdə Səfəvilərin tarixi sülalənin hakimiyyətinin başlanmasından etibarın II Abbasın hakimiyyət illərinin sonuna qədər qısa şəkildə təsvir edilmişdir. Wood bu əsərin əlyazmasının araşdırdıqdan sonra onun əslində "Şah İsmayılın naməlum tarixləri" əsərinin miniatürlərlə bəzədilmiş versiyasıdır. Əsərin yazılma tarixinin göstərildiyi hissə qismən silinib, amma yerdə qalan yazılardan onun təxminən 1683-cü ildə, yəni Şah Süleymanın dövründə tamamlandığı görünür. Əsərin kolofon hissəsində onun xüsusən "Şah Səfi" adına yazılmasına başlanmasından, lakin sonradan yeniləşdirilərək Süleymanla əvəz edilməsindən bəhs edilir. Bu açıq şəkildə Şah Süleymanın II Səfi adı ilə taxta çıxıb, bir müddət sonra da adını Süleymana dəyişdirməsinə işarədir. "Şah ikinci Süleymandır" (Süleyman-e sani bovad padeşah) yazılan xronoqram Süleymanın taxta çıxdığı il olan 1077/1666–67-ci illəri əhatə edir. Bunun əlyazmanın yaranma tarixi, yoxsa sadəcə şahın tərifi olması aydın deyil. Əsərin dili Bicanın əsəri ilə müqayisədə daha az rəsmi xarakterlidir və qeyri-rəsmi danışığa dair bir çox motivi özündə ehtiva edir. Buna görə də, bu əsərin küçələrdə tarixi hekayələrdən bəhs edən naqqalilərlə daha çox əlaqəli olduğu düşünülür.

Bu əlyazma Şah İsmayıl mifinin təkamül keçirməsi prosesinin öyrənilməsi üçün də əhəmiyyətlidir, çünki o, mövcud hekayələrin bilinən ən qədim versiyasıdır. Təssüf ki, bu əlyazmanın Çaldıran döyüşündən bəhs edən yerində bir neçə vərəq itmişdir. Əlyazmanın Çaldıran döyüşündən bəhs edən hissəsində hekayə Səfəvi ordusunun Osmanlı ordusu ilə necə döyüşmək lazım olduğu məsələsini müzakirə etdiyi müharibə şurasından bəhs edildiyi yerdə kəsilir, sonrakı səhifədə gələn söz özündən əvvəlki səhifənin sonundakı söz ilə əlaqəsizdir. Belə ki. hadisələr bu müharibə şurasından birbaşa döyüşdən Sonra baş vermiş Varsaq qalasının mühasirəyə alınmasına keçid edir. Buna baxmayaraq, bu əsərlərin araşdırmaçısı olan Wood bu əlyazmanı Şah İsmayıl hekayələrinin ən qədim versiyası olduğuna görə dəyərli hesab edir.

Digərləri