Erik Barone və ya digər adı ilə ConcernedApe () — amerikalı videooyun istehsalçısı, dizayner, rəssam, bəstəkar və musiqiçi. O, yaradıcısı olduğu "Stardew Valley" oyununa görə tanınır.

Barone Los-Ancelesdə doğulub və Vaşinqton ştatının Obern şəhərində böyüyüb. O, məktəbi başa vurduqdan sonra Vaşinqton Tacoma Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alıb və 2011-ci ildə oranı bitirib. O, iş tapa bilməmiş və işə götürülmə şansını artırmaq üçün 2012-ci ildə "Stardew Valley" oyununu hazırlamağa qərar vermişdir. Barone oyun 2016-cı ildə buraxılana qədər hər gün onun üzərində tək başına işləmişdir.

Barone 2020-ci ildə bir neçə yeni oyun üzərində işlədiyini elan etdi. Oyunlardan biri "Haunted Chocolatier" adlanır, bu oyunun buraxılış tarixi hələ ki, məlum deyil.

İstinadlar

Kateqoriya:Videooyun hazırlayanlar Kateqoriya:ABŞ videooyun dizaynerləri Kateqoriya:ABŞ bəstəkarları Kateqoriya:Vaşinqton Universitetinin məzunları Kateqoriya:Videooyun bəstəkarları Kateqoriya:Videooyun sənətçiləri Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:XXI əsr ABŞ bəstəkarları