Təzəkənd — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Astaf, Çanaqlı və Qaşqaçay kəndlərindən köçüb gəlmiş ailələr kəndi təzə saldığına görə belə adlandırılmışdır.

Tarixi Yerli məlumata görə, kənd 1920-ci ildə keçmiş Bayramlı kəndinin yerində salınmışdır.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Qoşqar silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19995392872522009↗687↗384↗303

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə Təzəkənd kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə Heydər Əliyev Fondu hesabına inşa edilmiş 160 şagird yerlik Daşkəsən rayon Təzəkənd kənd Ş.Cavad adına tam orta məktəb fəaliyyət göstərir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Təzəkənd tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Qabaqtəpə (Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri