Alman əsirləri qəbiristanlığı və ya II Dünya müharibəsində əsir düşmüşlərin qəbiristanlığı — Mingəçevir şəhərində yerləşən alman əsirlərin qəbiristanlığı. Burada 828 hərbi əsirin məzarı vardırSimone Schmid: Ein Band zwischen den Völkern. Kriegsgräberstätten in der ehemaligen Sowjetunion. In: frieden, 01/2021, S. 15, 17.. Burada dəfn olunanlar 7444 saylı düşərgədəndir. Əsirlərin işi 1948-ci ildə salnan Mingəçevir şəhərinin tikintisinə kömək etmək idi.
Qəbiristanlıq right|thumb|II dünya müharibəsində əsir düşmüş almanların dəfn edildiyi qəbirstanlıq|261x261pxQəbiristanlıq alman əsirləri tərəfindən mərhumları üçün salınıb, Qəbirstanlıq qorunub saxlanılıb və 1999-cu ildə təmir edilib. Qəbirstanlıq divarla əhatə olunub və 8125 kvadratmetr ərazini əhatə edir. Qəbirlər metal lövhələrlə işarələnmişdir. Burada İkinci Dünya müharibəsində əsir düşmüş və Mingəçevir şəhərinin salınmasında iştirak etmiş hərbi əsirlər basdırılıb. 5,5 metr hündürlüyündə metal xaç qəbiristanlıqda basdırılmış hərbi əsirlərin xatirəsinə ucaldılıb.
Həmçinin bax Alman əsirlərin qəbiristanlığı (Bakı) Alman əsirləri qəbiristanlığı (Sumqayıt)
İstinadlar
Xarici keçidlər
Baku TV Mingəçevirdəki alman qəbiristanlığında / Baku TV Alman qəbiristanlığı — II Dünya Müharibəsində əsir düşmüşlərin qəbiristanlığı — Mingəçevir şəhəri İTV
Kateqoriya:Alman qəbiristanlıqları Kateqoriya:Azərbaycan qəbiristanlıqları Kateqoriya:Böyük Vətən müharibəsi Kateqoriya:Mingəçevir