Yevgeni Aleksandroviç Şiryayev (; ) — sovet və rus bəstəkarı.
Fəaliyyəti Yevgeni Şiryayev yüzdən çox film, instrumental konsert, opera, balet və vokal əsərlərinin musiqi müəllifidir. İlya Reznik, Leonid Derbenev, Onegin Hacıqasımovla sıx əməkdaşlıq edərək bəstəkar yaradıcılığında onlarla birlikdə ən parlaq vokal əsərlərini yazmışdır. Bəstəkarın mahnılarını Sofiya Rotaru, İosif Kobzon, Mixail Boyarski, Maşa Rasputina, Nikolay Qnatyuk və başqaları ifa ediblər. "Qırmızı qatar", "Dronqo", "Akmal, əjdaha və şahzadə" və bir çox film və teleseriallara musiqi bestələmişdir. Yevgeni Şiryayev 2023-cü il noyabrın 2-də 80 yaşında vəfat edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya bəstəkarları Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Rusiya film bəstəkarları