Sympetrum meridionale — cənub aquatik cırcıraması Libellulidae cinsinə aid olan həşərat növüdür.
Həyat tsikli İynəcələr dəstəsinin geniş yayılmış növlərindən biridir. Onların həyat dövriyyəsi orta hesabla 2–3 il davam edə bilir. Aprel-oktyabr ayları ərzində onlara şirin su kənarlarında rast gəlmək mümkündür. May ayından Noyabr ayının əvvəlinə kimi öz sürfələrinə şirin su hövzələrinin kənarlarına və otlaqların üzərinə yerləşdirirlər.
Növün təsviri alt=S. meridionale in Azerbaijan|thumb|S. meridionaleAuthor: gailhampshire from Cradley, Malvern, U. KAləm: Heyvanlar
Tip: BuğumayaqlılarSinif: HəşəratlarDəstə: İynəcələr
Yarımdəstə: AnisopteraCins: SympetrumNöv: Sympetrum meridionale Bədən ölçüləri 40 mm-ə qədər böyüyə bilir. Qanadları açıldıqda ümumi bədən ölçüsü 55–60 mm-ə qədər uzanır. Erkək fərdlərin qarıncığı dişilərdən fərqli olaraq qırmızımtıl rənglidir. Dişilərin qarıncıq seqmentlərində isə qara ləkələrə rast gəlmək mümkündür. Qanadları sarımtıl rənglidir, pterostiqma və hialindən qurulmuşdur. Azərbaycanda Kür-Araz övalığında, Arazboyu düzənlik ərazisində və Zəngəzur dağlıq ərazisində geniş yayılmışdır.
İstifadə olunmuş ədəbiyyat Snegovaya, N. Y. 2020. A progress study of the Odonata from Azerbaijan in summer 2019. İnternational Dragonfly Fund Report 142: 1–20
İstinadlar
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya həşəratları