Jerve Ndirakobuka ( ; ) — Burundi siyasətçisi, keçmiş polis məmuru və üsyançı komandir, 7 sentyabr 2022-ci ildən Burundi Baş naziri vəzifəsini icra edir. O, əvvəllər Daxili İşlər, İctimai Təhlükəsizlik və İcma İnkişafı Naziri olmuşdur. Ndirakobuka 2015-ci ildə Burundidə vətəndaş etirazlarını zorakı yolla basdırması ilə tanınır. Prezident Evarist Ndayişimiye onu təhlükəsizlik naziri təyin etdiyi zaman Ndirakobuka insan haqlarının pozulmasına görə ABŞ və Avropa İttifaqının sanksiyaları altında idi.

İstinadlar

Kateqoriya:1970-ci ildə doğulanlar