Feldyeger xidməti (Feldjäger, ) – məxfi və xidməti sənədlərin qəbulunu, emalı və təyinatı üzrə çatdırılmasını həyata keçirən dövlət rabitə xidməti.
Təsisat və müxtəlif adlar altında bir çox ölkədə mövcuddur. İlk dəfə 1742-ci ildə Prussiya ordusunda təsis olunmuşdur. Sonralar mülki idarə orqanlarında da tətbiq edilmişdir.
2016-cı il məlumatlarına görə ABŞ-də 38 min, Rusiyada 4 min 570, Ukraynada isə 1500 nəfər hərbiləşdirilmiş poçtalyon var.
Həmçinin bax Azərbaycanda feldyeger rabitəsi
İstinadlar
Kateqoriya:Rabitə