Bayquş — rejissor Georgi Kravçenko tərəfindən 1924-cü ildə ekranlaşdırılmış tammetrajlı bədii film. AFKİ-də istehsal edilmişdir. Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ərəfəsində kənddə müxtəlif sosial təbəqələr arasında gedən sinfi mübarizə, bəzi ruhanilərin acgözlüyü, din pərdəsi altında avam camaatı aldatmaları filmdə öz əksini tapmışdır. Əsas rolları Abbas Mirzə Şərifzadə, Ağarza Quliyev, Möhsün Sənani və Aleksandr Makovski ifa edirlər.

Film SSRİ-nin ilk illərində dinlə mübarizə və ateizmin təbliği məqsədilə çəkilib.

Məzmun Azərbaycanda Sovet Hakimiyyətinin qurulması ərəfəsində kənddə müxtəlif sosial təbəqələr arasında gedən sinfi mübarizə, bəzi ruhanilərin acgözlüyü, din pərdəsi altında avam camaatı aldatmaları kinodramda öz əksini tapmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu - 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 22-23

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Leo Mur Rejissor: Georgi Kravçenko Operator: V.Lemke

Rollarda Abbas Mirzə Şərifzadə — Xan Ağarza Quliyev — Əli Möhsün Sənani Aleksandr Makovski

İstinadlar

Mənbə Məmməd Səid Ordubadi ("Kəndli"). “Kino aktyorları Hökməlidə” [Bakının Hökməli kəndində çəkilmiş "Bayquş" kino filmi haqqında] //Yeni yol.- 1924.- 16 oktyabr. Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 38. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20.

Kateqoriya:1924-cü ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Səssiz filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri