Tofiq Balo oğlu Vəkilov () — Azərbaycan SSR dövlət və partiya xadimi.

Həyatı Tofiq Vəkilov 1929-cu ildə Naxçıvan şəhərində doğulub. Naxçıvanda tibb məktəbini bitirdikdən sonra iki il tibb sahəsində çalışıb. 1949–1953-cü illərdə Azərbaycan Dövlət Xalq Təsəsrrüfatı İnstitutunu bitirib. Bir müddət Naxçıvan MSSR plan komitəsində məsul vəzifədə işləmişdir. 1962–1964-cü ildə Ordubad rayon Partiya Komitəsinin Birinci katibi vəzifəsində çalışıb. 1964–1967-ci illərdə Naxçıvan şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilib. 1967-ci ildə Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyətinin katibi vəzifəsinə təyin edilib. Xəstəliklə əlaqədar bir müddət Bakıda Respublika Müalicə Komissiyasında müalicə alır. 6 oktyabr 1967-ci ildə 38 yaşında vəfat edib. Naxçıvan şəhər qəbiristanlığında dəfn edilib.

Ordubad rayonunun infrastrukturunun inkişafında kəndlərin elektrikləşdirilməsində xüsusi rol oynayıb.

İstinadlar

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri