Armen Minasi Beqlaryan (; ) — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri, Aprel döyüşlərinin iştirakçısı.

Həyatı Armen Minasi Beqlaryan 13 aprel 1973-cü ildə Sisian rayonunun Əxlətyan kəndində anadan olmuşdur. Kənddəki səkkizillik məktəbi bitirdikdən sonra Sisian şəhər 3 saylı orta məktəbdə oxumuşdur. 1990–1991-ci illərdə İrəvan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. 1992-ci ildə təhsilini yarı yolda qoyub Birinci Qarabağ müharibəsinin iştirak etmişdir. O, MDB-yə məxsus 366-cı motoatıcı alayın birinci rotasının baş texniki olmuş, Xocalı soyqırımında iştirak etmişdir. Hadrut və Ağdərə özünümüdafiə döyüşlərində iştirak etmiş, sonra isə "Sisakan" dəstəsinə qoşulmuşdur. Müharibə bitdikdən sonra monokultura ilə məşğul olmuşdur. 2005–2008-ci illərdə və 2012-ci ildən 4 aprel 2016-cı ilə qədər Axlatian icmasının rəhbəri olmuşdur. 2008–2012-ci illərdə Tulus su anbarının mühafizə-nəzarət stansiyasında işləmişdir. 3 aprel 2016-cı ildə Sisianın könüllülər dəstəsinin tərkibində Qarabağda Aprel döyüşlərində iştirak etmək üçün yola çıxmışdır. Azərbaycan tərəfi 4 apreldə Ağdərəyə gedən yolda Sisian dəstəsinin avtobusunu PUA bombalamışdır. Beqlaryan həmin avtobusda olmuş və həlak olmuşdur.

Vidalaşma mərasimi 6 aprel 2016-cı ildə keçirilmişdir. 7 apreldə Sisian panteonunda dəfn edilmişdir.

Mükafatlar "Döyüş xidməti" medalı

İstinadlar

Xarici keçidlər Արմեն Բեգլարյան Արմեն Բեգլարյանը 5 օրից կդառնար 43 տարեկան. մանրամասներ Սիսիանի ջոկատի դեպքից Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:366-cı motoatıcı alay Kateqoriya:Xocalı soyqırımını törədənlər Kateqoriya:Aprel döyüşlərində həlak olanlar