Qədim Gəncə — orta əsr Gəncə şəhərinin qədim yaşayış yeri, arxeoloji kompleks. Bu ərazi XVII əsrə qədər şəhərin yerləşdiyi məkan olmuşdur. Hazırda Qədim Gəncənin qalıqları Azərbaycan Respublikasında müasir Gəncə şəhərindən 6–7 kilometr şimal-şərq istiqamətində yerləşir.

Qədim Gəncə şəhərinin erkən tarixi yazılı mənbələrdə əsasən VII–IX əsrlərdən hesablansa da, bu ehtimal heç bir konkret tarixə və ya hadisəyə əsaslanmır. Arxeoloji qazıntılar göstərmişdir ki, Qədim Gəncə şəhəri daha qədim bir yaşayış yerinin əsasında formalaşmışdır; həmin yaşayış yeri tədricən böyüyərək inkişaf etmiş və şəhər kimi tanınmışdır. Ə. Salamzadə hesab edir ki, VII əsrdən zənginliyinə görə şəhər artıq Gəncə (pəhləvi dilində xəzinə anlamını verən gənzə sözündən) adlandırılmağa başlayır.

X əsrdə Qədim Gəncə Şəddadilər dövlətinin paytaxtına çevrilir, 1139-cu ildə baş verən güclü zəlzələ nəticəsində ciddi dağıntılara məruz qalır, buna baxmayaraq XII əsrdə Azərbaycan Atabəylərinin Arran hakiminin iqamətgahına çevrilir.

Qədim Gəncə xarabalıqlarında ilk tədqiqatlar 1935–1937-ci illərdə E. R. Xadarin tərəfindən aparılmış, ilk əsaslı arxeoloji tədqiqar isə 1938–1940-cı illərdə İshaq Cəfərzadənin rəhbərlik etdiyi arxeoloqlar qrupu tərəfindən icra edilmişdir. 1981–1982-ci illərdə Qədim Gəncə ərazisində arxeoloq Cabbar Xəlilov tərəfindən arxeoloji qazıntılar aparılmışdır.

Yerləşməsi

Qədim Gəncə ilə Gəncənin arasında bir neçə dəqiqə fərq var. Bəzi orta əsr mənbələri indiki Gəncənin coğrafi mövqeyi haqqında məlumat verir. Belə ki, XIV əsr fars tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini yazmışdır:

Ərəb tarixçisi və coğrafiyaşünası Əbülfida (XII–XIV əsrlər) Gəncənin 78° şərq uzunluğunda, 41°20' şimal enliyində göstərmişdir. Sonralar coğrafiyaşünas Sadiq İsfahani (XVII əsr) qədim mənbələr əsasında Gəncəni 88° şərq uzunluğu və 41°15' şimal enliyində göstərmişdir.

Ona görə də vüsəti demək olar ki, hamısının müəlliflərin öz aralarında yaxındır, fərq isə həmin uzunluq dairələrində müşahidə olunur, çünki hesablamalar olmasa, o zaman dəqiq astronomik cihazların, son çətinləşdiyini idi.

Orta əsr coğrafiyaşünasları uzunluğu "Xoşbəxtlik adası"ndan, enini isə ekvatorial xətdən hesablayıblar. Bütün müəlliflərin hesablamalarında enliklər bir-birinə yaxın hesablansa da, astronomik cihazların olmaması səbəbi ilə ölçmələrin dəqiq aparılmasında maneələr olduğuna görə demək olar ki, bütün müəlliflərdə uzunluqlarda fərq müşahidə olunur.

Öyrənilməsi

1935–1937-ci illərdə Kirovabad Diyarşünaslıq Muzeyinin fondunu zənginləşdirmək üçün, muzeyin direktoru E. R. Xadarin Gəncə yerüstü memarlıq abidələrinin yerləşdiyi sahənin sağ sahilindəki istehkamdan şimalda qismən qazıntılar aparır. Nəticədə orta əsrlərə aid olan keramika, şüşə, saxsı, sümük və digər əl əməyi alətləri tapılmış və sərgi yaradılaraq nümayiş etdirilmişdir. Tapıntılardan biri əl işi olan bişirilib rənglənmiş, üstü üç xətt relyef yazılı dairəvi formalı məişət qabıdır (keramik küpdür). Daha sonra müntəzəm qazıntılar nəticəsində çoxlu sayda bənzər əşyalar aşkar edilmişdi. Onların bir çoxunun üzərində ornamentlərlə əhalinin dini ritualları, məişəti və məşğuliyyət səhnələri əks olunmuşdur. E. R. Xadarinin qazıntıları sistemsiz aparılmış, əsas məqsədi isə ancaq toplamaqdan ibarət olmasına görə, arxeoloji araşdırmaya mənfi təsir etmişdir.

1938–1940-cı illərdə İshaq Cəfərzadə rəhbərliyi altında Qədim Gəncə ərazisində əsasən tanışlıq xarakteri daşıyan arxeoloji qazıntılar aparılmışdır. 1949-cu ildə İshaq Cəfərzadə "Qədim Gəncənin tarixi-qazıntıları" oçerkində şəhərin arxeoloji qazıntılarının nəticələrini qeyd etmişdir. Sırf 1938–1940-cı illərin arxeoloji qazıntıları, Qədim Gəncə qala divarlarının öyrənilməsi, onun memarlıq quruluşu haqqında danışmağa imkan verdi.

1981–1982-ci illərdə Qədim Gəncə ərazisində arxeoloq Cabbar Xəlilovun araşdırmaları nəticəsində IX–XVII əsrlərə aid olan mədəni təbəqə və eləcə də bir çox qiymətli sənət nümunələri aşkar edilmişdir. Onların arasında Çində hazırlanmış heroqlifli saxsı qab aşkar edilmişdir.

Tarixi

Qədim Gəncə şəhərinin erkən tarixi yazılı mənbələrdə əsasən VII–IX əsrlərdən hesablansa da, bu ehtimal heç bir konkret tarixə və ya hadisəyə əsaslanmır. Arxeoloji qazıntılar göstərmişdir ki, Qədim Gəncə şəhəri daha qədim bir yaşayış yerinin əsasında formalaşmışdır; həmin yaşayış yeri tədricən böyüyərək inkişaf etmiş və şəhər kimi tanınmışdır. Ə. Salamzadə hesab edir ki, VII əsrdən zənginliyinə görə şəhər artıq Gəncə (pəhləvi dilində xəzinə anlamını verən gənzə sözündən) adlandırılmağa başlayır.

İ. Cəfərzadə həm də tarixi mənbələrdə Gəncə şəhərindən daha əvvəl qeyd edilməyə başlayan Arran şəhərini Qədim Gəncə yaşayış yeri ilə identikləşdirməyin mümkün ola biləcəyini bildirir. Ə. Salamzadə isə bu təklifin əsassız olmadığını qeyd edir. Bu məqamda Şamaxı şəhəri ilə paralel gətirən Ə. Salamzadə bildirir ki, bu tarixi şəhər də mənbələrdə əvvəlcə Şirvan adı ilə qeyd edilmiş, daha sonra isə Şamaxı adı istifadə olunmağa başlamışdır; Şirvan adı isə daha çox əyalətin adı kimi istifadə olunmağa davam etmişdir. Qədim Gəncə şəhəri isə ehtimal ki, əvvəlcə Arran adlanmış və VII əsrdən isə Gəncə kimi tanınmağa başlamışdır. Digər bir məqam isə, XIII əsrin I yarısında Amasiya şəhərində inşaatla məşğul olmuş ustad memar Məhəmməd ibn Mahmudun Arran sakini olduğunu göstərməsidir. Nəzərə alsaq ki, sənətkarlar öz nisbələrində adətən əyalət yox, şəhər adı qeyd edirdilər, memarın məhz Arran adlı şəhərdən olmasın düşünmək olar. Bununla yanaşı XI–XII əsrlərdə Qədim Gəncədə yaşayıb fəaliyyət göstərmiş Əbül-Üla, Məhsəti və Nizami kimi sənətkarlar məhz Gəncəvi ləqəbi daşımışlar. 130px|thumb|right|Bast heykəlciyi, Son tunc və Erkən dəmir dövrü, Qədim Gəncə, Milli Azərbaycan Tarixi Muzeyi. Bu heykəlcik ilahəyə aid Azərbaycan ərazisində yeganə tapıntıdır. Gəncə əlverişli coğrafi mövqeyi sayəsində Böyük ipək yolu üzərində yaranmış yaşayış məskəni kimi formalaşmışdır. Monqol istilası sonrası dövrün tarixçisi Həmdullah Mustovfi qeyd edir ki, ərəb şəhəri Gəncə 659–660-cı illərdə (yəni Şərqi Zaqafqaziyaya ilk ərəb yürüşləri dövründə) salınmışdır, lakin bu barədə ətraflı məlumat vermir.The post-Mongol historian Ḥamd-Allāh Mostawfī says that the Arab town of Ganja was founded in 39/659-60 (i.e., at the time of the first Arab incursions into eastern Transcaucasia) but gives no details (Nozhat al-qolūb, p. 91, tr. p. 93).

Anonim “Şirvan və Dərbənd tarixi” (“Dərbəndnamə”) əsərinə görə, Gəncə 859-cu ildə Şirvanın ərəb mənşəli Məzyədilər sülaləsindən olan Məhəmməd ibn Xalid ibn Yəzid ibn Məzyəd tərəfindən təsis edilmişdir. Həmin nəslin nümayəndələri xəlifə əl-Mütəvəkkil dövründə Azərbaycanı, Arranı və Ərməniyyəni idarə edirdilər. Mənbədə qeyd olunur ki, şəhərin adı burada aşkar edilmiş xəzinə ilə əlaqədar olaraq verilmişdir.A passage of the anonymous Taʾrīḵ Bāb al-abwāb (extant in the Ottoman historian Monajjem-bāšī’s Jāmeʿ al-dowal) states that Ganja was founded in 245/859-60 by Moḥammad b. Ḵāled b. Yazīd b. Mazyad, of the family of Yazīdī governors in Šarvān, who was governor of Azerbaijan, Arrān, and Armenia for the caliph al-Motawakkel, and so-called because of a treasure unearthed there…

Vladimir Minorski qeyd edir ki, erməni mənbələri də şəhərin əsasını həmin şəxsə aid edirlər. Məhəmməd ibn Xalidin şəhərin qurucusu kimi rolu X əsr tarixçisi Moisey Kalankatlı tərəfindən də təsdiqlənir. O yazır ki, Xəzrin oğlu Patqos erməni təqviminə görə 295-ci ildə (miladi təqvimlə 846–847-ci illər) Arşakaşen vilayətində Gəncək (Qandzak) şəhərini inşa etmişdir.Moḥammad b. Ḵāled’s role as founder (or rather, as re-founder, see below) of Ganja is confirmed by the Armenian historian Movsēs Dasxurancʿi, where he says that the son of Xazr (for Xald, as explained by Marquart, p. 462) Patgos built Ganjak in the canton of Aršakašēn, with the date given in one manuscript as Armenian era 295/846-47 (bk. 3, ch. 20, tr. Dowsett, p. 218).

Gəncə tədricən beynəlxalq ticarətdə, regionun ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlamışdır. Şəhər həyatında ticarət və sənətkarlıq əsas yerlərdən birini tuturdu. Sənətkarlığın inkişafı üçün burada əlverişli iqtisadi potensial mövcud idi. Gəncənin yaxınlığında yerləşən dəmir, mis, şəb və digər faydalı qazıntı yataqları sənətkarları xammalla təmin edirdi.

Şəddadilərin paytaxtı: X-XI əsrlər 200px|thumb|left|Şəddadilərin hakimiyyəti dövründə Ustad İbrahim Osmanoğlu tərəfindən hazırlanmış tarixi Gəncə qapıları qənimət kimi aparıldığı Gelati monastırında Gəncənin şəhər kimi formalaşması ilə şəhərin hərbi qüdrətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Artıq bu dövrdə qala divarları inşa edilmiş, xəndəklər qazılmışdır. IX–X əsrlərdə Ərəb Xilafətinin zəifləməsi ilə əlaqədar Arran ərazisinin bir hissəsi Şirvanşahlar, Sacilər, Salarilər və Rəvvadilər sülalələrinin feodal dövlətlərinin tərkibinə daxil olmuşdur. X əsrin ortalarında Salarilər dövlətinin hakimiyyəti altında olan Gəncə Şəddadilər sülaləsinin paytaxtına çevrilmişdir.

Bizans ordusunun Dvinə hücumlarından sonra Həmdanilər sülaləsinin xidmətində olan Məhəmməd ibn Şəddadın oğlu Fəzl, Müsafiridlər dövlətinin canişini Əli əl-Tazinin xahişi ilə şəhəri dağlıların hücumlarından qorumaq üçün Gəncəyə göndərilmişdir. 969–970-ci illərdə onun qardaşı Ləşkəri də ona qoşulmuş və yerli əhalinin dəstəyi ilə onlar Əli əl-Tazini şəhərdən qovmuş, nəticədə Ləşkəri əmir elan edilmişdir.

978-ci ildə Ləşkərinin hakimiyyətini qardaşı Mərzban miras almışdır. Bir neçə ildən sonra isə o, Fəzl tərəfindən devrilmiş və Fəzl 985-ci ildən etibarən 47 il ərzində bölgəni idarə etmişdir. 993-cü ildə o, həmçinin Bərdə və Beyləqan şəhərlərini də ələ keçirmişdir. Klifford Edmund Bosvort qeyd edir ki, Şəddadilər özlərini islamın fəal müdafiəçiləri kimi göstərərək gürcü və erməni knyazları, Bizans, alanlar və ruslarla mübarizə aparmışlar.

Şəddadilərin Gürcüstanın şərq sərhədlərində hegemonluq qurması gürcü çarı IV Baqratı tədbirlər görməyə vadar etmiş və təxminən 990-cı ildə o, Şəmkiri mühasirəyə almışdır. Bu hərbi əməliyyatın nəticələri barədə mənbələrdə ziddiyyətli məlumatlar mövcuddur. Gürcülərlə baş vermiş digər toqquşma isə 1027 və ya 1030-cu illərdə baş vermiş və I Fəzl üçün ağır məğlubiyyətlə nəticələnmişdir.