Ararat Samveloviç Mirzoyan () — Erməni dövlət xadimi və siyasətçi. Ermənistan Respublikasının Xarici İşlər Naziri (19.08.2021). 2019-cu il yanvarın 14-dən 2021-ci il avqustun 2-dək Ermənistan Milli Assambleyasının sədri. Ermənistan baş nazirinin birinci müavini (11 may 2018 – 14 yanvar 2019). Ermənistan parlamentinin VI, VII çağırış deputatı. Tarix elmləri namizədi.

Həyatı 23 noyabr 1979-cu ildə İrəvanda anadan olub. 2000-ci ildə İrəvan Dövlət Universitetinin Tarix fakültəsinin İncəsənət fakültəsini bitirib. İki ildən sonra həmin fakültədə magistratura pilləsini bitirib. 2004-cü ildə Ermənistan Respublikasının Dövlət İdarəçilik Akademiyasını dövlət qulluqçusu, dövlət idarəçiliyi və yerli özünüidarəetmə üzrə mütəxəssis ixtisası üzrə bitirib. 2005-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının aspiranturasını bitirərək tarix elmləri namizədi olmuşdur. Təhsili ilə paralel olaraq Ermənistan Milli Elmlər Akademiyasının Erməni Soyqırımı Muzey-İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb.

2018–2019-cu illərdə Ermənistan baş nazirinin birinci müavini, 2019-cu il yanvarın 14-dən isə Ermənistan Milli Assambleyasının sədri vəzifəsində çalışmışdır.

2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan Milli Assambleyasının binası yaxınlığında Azərbaycanla üçtərəfli müqavilənin bağlanmasına etiraz edən nümayişçilər Mirzoyanı avtomobilindən çıxarıb və döyüblər.

2021-ci il avqustun 19-da Ermənistan Respublikasının xarici işlər naziri təyin edilmişdir.

İstinadlar

Kateqoriya:İrəvan Dövlət Universitetinin müəllimləri