Buduqlular, buduqlar və ya buduxlar (özlərini budad adlandırırlar)Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı, 2014, səh. 34 — ləzgi xalqlarının (qrızlar və xınalıqlarla birlikdə) "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycan Respublikasının Quba və Xaçmaz rayonlarının Buduq (Budux), Dalıqaya, Pirüstü, Yalavanc, Hacıhüseynli və digər kəndlərində yaşayırlar. Sayları təqribən 5,4 min nəfərdir (2005). Buduq dilində danışırlar. Buduqlar arasında Azərbaycan və rus dilləri də yayılmışdır. Dindarları müsəlmandır.

Buduqlarla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlar barədə XVIII və XIX əsrin əvvəllərində verilmiş Quba xanlarının – Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir.

Hələ XIX əsrin 40-cı illərində Buduqların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salmışlar.

A. A. Bakıxanovun "Gülüstani-İrəm" əsərində Buduğa və buduqlulara müəyyən yer verilib. XVIII əsrdə Buduq eyni adlı mahalın mərkəzi olub.

Buduqların əsas məşğuliyyəti qoyunçuluqdur. Xalçaçılıq, yun corabların toxunması inkişaf etmişdir. Buduq milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Mənbə Будухцы. www.terra.su Будухи. БСЭ The Sociolinguistic Situation of the Budukh in Azerbaijan

İstinadlar

Həmçinin bax

Buduq Şahdağ xalqları

Xarici keçidlər

"Buduqluların tarixinin və mədəniyyətinin öyrənilməsinə az diqqət ayrılır". strateq.az, 22.04.2015 budatlar.com

Kateqoriya:Azərbaycanda yaşayan etnik qruplar

Kateqoriya:Dağıstanda yaşayan etnik qruplar Kateqoriya:Qafqazda yaşayan müsəlman etnik qruplar Kateqoriya:Cənubi Qafqazdakı yerli xalqlar