Skayler Vayt () — "Breaking Bad" teleserialının əsas personajlarından biri. Anna Qann tərəfindən canlandırılıb.

Bioqrafiya Skayler pul qazanmaq üçün müxtəlif işlərlə məşğul olub. Albukerkedəki "Beneke Fabricators" adlı bir şirkətdə mühasib işləyib, həmçinin qısa hekayələr yazıb və eBay-da əşyalar satıb. O və əri Volterin iki övladı var, uşaqları serebral iflicdən əziyyət çəkən balaca Volter və körpə qızı Hollidir. Skaylerin bacısı Mari Henk Şreyder adlı DEA əməkdaşı ilə evlidir. Skayler Voltdan on iki yaş kiçikdir, onunla Los Alamos Milli Laboratoriyasının yaxınlığındakı yeməkxanada işləyərkən tanış olub.

İstinadlar