Expressbank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı.

Tarixçə Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci ildə verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə "Azərnəqliyyatbank" ASC-nin adı dəyişdirilərək "Expressbank" ASC adlandırılmışdır. Nizamnaməyə müvafiq dəyişiklik 4 mart 2010-cu ildə dövlət qeydiyyatına alınmışdır.

Reytinqi Expressbank öz fəaliyyət dövründə bir çox uğura imza atmışdır.

18 sentyabr 2025-ci ildə beynəlxalq reytinq agentliyi "Fitch Ratings" "Expressbank" ASC-nin uzunmüddətli reytinqini "B+" səviyyəsində "Sabit" proqnozla təsdiqləyib. Reytinqi şərtləndirən əsas amillərə sağlam maliyyə göstəriciləri, aktivlərinin keyfiyyəti və yüksək kapitalı, eləcə də, Bankın məhdud qiymət təsiri və cəlbetmə xərclərinin yüksək olması təsir göstərir. Hesabatda Expressbankın 23% kimi yüksək kapital adekvatlığının olması bildirilir.

2025-ci il üzrə — Expressbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən "Korporativ sosial məsuliyyət", "Maliyyə savadlılığı", "Təhsil dəstəkçisi" və "Dayanıqlı bankçılıq" (ESG) nominasiyaları üzrə ümumilikdə 4 kateqoriyada fərqlənmişdir.

Üzvlüklər Mastercard International

Visa International

SWIFT

ABA (Azərbaycan Banklar Assosiasiyası)

SİF (Sahibkarlığın İnkişafı Fondu)

AKİA (Aqrar Kredit və İnkişaf Agentliyi)

ADİF (Əmanətlərin Sığortalanması Fondu)

İKZF (İpoteka və Kredit Zəmanət Fondu)

MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi)

Müşahidə Şurası Müşahidə Şurasının sədri — Əfqan Cavadov (30 iyun 2020-ci ildən) Müşahidə Şurasının üzvü — Samirə Qəhrəmanova (23 noyabr 2024-cü ildən) Müşahidə Şurasının müstəqil üzvü — Fuad Məmmədov (4 sentyabr 2023-cü ildən)

Audit komitəsi Audit komitəsinin sədri — Fuad Məmmədov

Audit komitəsinin müstəqil kənar üzvü — Rüfət Nağıyev

Audit komitəsinin müstəqil kənar üzvü — Esmira Məmmədova

Rəhbərlik İdarə Heyətinin Sədri — Mehman Məmmədov (24 fevral 2020-ci ildən) İdarə Heyətinin üzvü, Baş risk inzibatçısı — Rüfət Mürşüdlü (16 mart 2022-ci ildən)

İstinadlar

Xarici keçidlər

www.

Kateqoriya:Azərbaycan bankları