Nquyen Thi Din (; ) — Vyetnam inqilabçısı, Cənubi Vyetnamın milli azadlıq hərəkatının lideri.

Həyatı thumb|left|Nquyen Thi Din və Yozef Urbanoviç, 1976-cı il]] Nquyen Thi Din 15 mart 1920-ci ildə Fransa Hind-Çinində, Zyonqçom mahalının Lıonqhoa icmasında kəndli ailəsində anadan olmuşdur. O, 18 yaşında inqilabi mübarizəyə qoşulmuşdur. 1939-cu ildə Fransa müstəmləkəçiliyinə qarşı milli azadlıq hərəkatında iştirak etdiyinə görə həbs edilmiş və 1943-cü ilə qədər həbsdə olmuşdur. Vyetnam imperiyasına son qoyan 1945-ci il Avqust inqilabında fəal iştirak etmişdir. 1945–1954-cü illər Birinci Hind-Çin müharibəsi dövründə Vətənin Xilaskarlığı Uğrunda Qadınlar Assosiasiyasında və Vyetnam Milli Birliyində (Lyen-Vyet) rəhbər işlərdə olmuşdur.

1960-cı ilin yanvarında Mekonq deltasında partizan müharibəsinin kimi prezident Nqo Din Zyem hökumətinə qarşı üsyanın qərargahına rəhbərlik etmişdi. 1961-ci ildən Cənubi Vyetnamın Azadlığı Uğrunda Qadınlar Birliyinin sədri, Cənubi Vyetnamın Azadlığı Uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini olmuşdur. 1964-cü ildən Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi Mərkəzi Komitəsinin Rəyasət Heyətinin üzvüdür.1975-ci ildə Vyetnam müharibəsi başa çatdıqdan və ölkə birləşdirildikdən sonra Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsində işləmişdir. O, Vyetnam Xalq Ordusunda general-mayor hərbi rütbəsini alan ilk qadın olmuşdur.1987-ci ildən ömrünün sonuna kimi Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri (vitse-prezidenti) vəzifəsində çalışmışdır. 26 avqust 1992-ci ildə vəfat etmişdir.

Mükafatlar 1968 – "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Lenin mükafatı. 1973 – "Xalqlar dostluğu" ordeni (7 mart 1973-cü il) .

İstinadlar

Xarici keçidlər Фото: Нгуен Тхи Динь и Герман Титов Kateqoriya:Vyetnam inqilabçıları Kateqoriya:Qadınlar müharibədə Kateqoriya:Avtobioqrafiyalar