Valorant — "Riot Games" tərəfindən "Windows" platforması üçün hazırlanmış pulsuz, birinci şəxs atıcı videooyunu Oyun ilk dəfə 2019-cu ilin oktyabrında "Project A" kimi təqdim edilmiş və bunun ardınca 2020-ci ilin iyununda buraxılmışdır. "Valorant"ın inkişafına 2014-cü ildə başlanılıb, oyun "Counter-Strike" videooyununa bənzəyir və bu oyunun bəzi özəlliklərini daşıyır. 2021-ci ildə "Riot Games" gələcəkdə oyunun mobil platformalar üçün versiyasını buraxmağı planlaşdırdığını bildirib.

Geympley "Valorant" sadə və asan komanda əsaslı birinci şəxs atıcı oyunudur. Yaxın gələcəkdə keçən oyunda oyunçular hər biri müxtəlif ölkələri və mədəniyyətləri təmsil edən Cəsusları seçirlər. Əsas oyun rejimində oyunçular hücum edən və ya müdafiə edən komandaya təyin edilirlər, hər bir komandada beş üzv yer alır.

E-spor 2021 2020-ci ilin noyabrında elan edilmiş VCT formatı ilə Riot Games tərəfindən dəstəklənən ilk turnirlər 2021-ci ilin yanvarında başladı. Seçmələrdən sonra müəyyənləşən komandalar 1.300.000 ABŞ dolları məbləğində mükafat və Valorant Champions Berlinə dəvət qazanmaq üçün may ayında Berlində və sentyabrda Reykyavikdə keçirilən Masters turnirlərində iştirak etdilər.

VCT 2021 təqviminin sonunda ilk Champions turniri Berlində baş tutdu.Turnirin sonunda içində türk oyunçu Mehmet Yağız İpek'in də olduğu Avropa komandası Acend, Gambit Esports qarşısında qalib gələrək Valorant tarixinin ilk Dünya çempionu oldu. İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ videooyunları Kateqoriya:2020-ci ilin videooyunları Kateqoriya:Çoxnəfərli onlayn birinci şəxs atıcılar Kateqoriya:Çoxnəfərli onlayn birinci şəxs atıcılar Kateqoriya:Riot Games videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:2020-ci illərdə tendensiyalar və trendlər Kateqoriya:Xbox Series X və Series S videooyunları Kateqoriya:Free-to-play videooyunlar Kateqoriya:Kiberidman oyunları