Pələng köpək əməliyyatı () —Vyetnam müharibəsi zamanı 5 dekabr 1965-ci ildən 11 noyabr 1968-ci ilə qədər Laosun cənub-şərqində məxfi formada həyata keçirilən, ABŞ-nin 2-ci hava diviziyası, daha sonra 7-ci hava qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin 77 saylı işçi qrupunun havadan müdaxilə kampaniyası. Əməliyyatın məqsədi Vyetnam Demokratik Respublikasından (Şimali Vyetnam) Laosun cənub-şərqində Ho Şi Min cığırı vasitəsilə Vyetnam Xalq Ordusunun (VXO) Vyetnam Respublikasının (Cənubi Vyetnam) şimal vilayətlərinə göndərdiyi təchizat axınının qarşısını almaq idi. Qərargah 1 aprel 1966-cı ildə Yeddinci hava qüvvələri tərəfindən əvəzlənənə qədər bu missiyalar əvvəlcə 2-ci hava diviziyası tərəfindən idarə olunurdu.

11 noyabr 1968-ci ildə "Pələng köpək" və "Polad pələng" birləşdirilmiş və Komando ov əməliyyatı adlandırılmışdır.

İstinadlar

Əlavə ədəbiyyat Littauer, Raphael and Norman Uphoff, eds, The Air War in Indochina. Boston: Beacon Press, 1972. Schlight, John, A War Too Long. Washington DC: Center of Air Force History, 1993. Van Staaveren, Jacob, Interdiction in Southern Laos: 1960–1968. Washington DC: Center for Air Force History, 1993.

Kateqoriya:Vyetnam müharibəsinin hava əməliyyat və döyüşləri Kateqoriya:Laosda vətəndaş müharibəsi Kateqoriya:1965-ci ildə Vyetnam Kateqoriya:1966-cı ildə Vyetnam Kateqoriya:1967-ci ildə Vyetnam Kateqoriya:1968-ci ildə Vyetnam Kateqoriya:1965-ci ildəki münaqişələr Kateqoriya:1966-cı ildəki münaqişələr Kateqoriya:1967-ci ildəki münaqişələr Kateqoriya:1968-ci ildəki münaqişələr