İlqar Abdulov (12 mart 1981) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.
Karyerası İlqar Abdulov 1999-2002-ci illərdə yeniyetmələr və gənclər arasında baş tutan Dünya və Avropa Çempionatlarında mübarizə aparsa da heç birində uğura imza ata bilmədi. 2000-ci ildə isə Yaponiyada tələbələr arasında Dünya Çempionatını dördüncü pillədə başa vurdu.
2005-ci ildə Varna şəhərində (Bolqarıstan) Avropa Çempionatınında beşinci pillənin sahibi olan İlqar Abdulov Budapeşt şəhərində (Macarıstan) Dünya Çempionatını 8-ci pillədə başa vurdu.
2006-ci ildə 1. Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan İlqar Abdulov həmin il Dünya Çempionatında uğursuz çıxış etdi və turniri 30-cu pillədə başa vurdu. 2007-ci ildə də İlqar Abdulov Avropa və Dünya Çempionatlarında uğursuz mübarizə apardı.
2008-ci ildə isə İlqar Abdulov bir sıra uğurlara imza ata bildi. Apreldə Finlandiyanın Tampere şəhərində Avropa Çempionatını onuncu pillədə başa vuran İlqar Abdulov mayda İtaliyanın Roma şəhərində Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Olimpiadadan əvvəl isə o, iyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.
Avqustda İlqar Abdulov Azərbaycanı olimpiada da təmsil etdi. İlqar Abdulov olimpiadanın 1/16 final mərhələsində Türkiyə nümayəndəsi Şərəf Tüfəng ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İlqar Abdulov birinci hissədə rəqibinə 2:1 hesabı ilə qalib gəldi. Növbəti hissə 1:1 hesabı ilə başa çatsa da, qaydalara əsasən son xalı ilə İlqar Abdulov qazandığına görə görüşün qalibi oldu və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi 2000-ci il Sidney Olimpiadasının qalibi Rusiya nümayəndəsi Varteres Samurqaşev oldu. Həmin görüşün birinci hissəsində İlqar Abdulov rəqibinə təmiz məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə İlqar Abdulov təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 12-ci pillədə başa vurdu. 2008-ci ildə idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə11999Yeniyetmələrin Dünya Çempionatı Danimarka6.22000Tələbələrin Dünya Çempionatı Slovakiya4.32001Gənclərin Dünya Çempionatı Özbəkistan6.42002Gənclərin Avropa Çempionatı Yuqoslaviya24.52003Gənclərin Dünya Çempionatı Türkiyə6.62005Avropa Çempionatı Bolqarıstan5.7Dünya Çempionatı Macarıstan8.82006Qızıl Qran-Pri Azərbaycan1.9Dünya Çempionatı Çin30.102007Avropa Çempionatı Bolqarıstan12.11Dünya Çempionatı Azərbaycan17.122008Avropa Çempionatı Finlandiya10.13Dünya Olimpiya Təsnifat Turniri İtaliya2.14Qızıl Qran-Pri Azərbaycan1.15Olimpiya Oyunları Çin12.
İstinadlar
Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri