Xviça Biçinaşvili (28 yanvar 1974) — 1993-1998-ci illərdə Gürcüstanı, 2000-2004-сü ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.

Karyerası Xviça Biçinaşvili 1994-1997-ci illərdə Dünya və Avropa Çempionatlarında çıxış eləsə də uğurlu nəticələrə imza ata bilmədi.

1998-ci ildə Belarusda baş tutan Avropa Çempionatının final görüşündə rəqibinə məğlub olaraq turniri gümüş medalla başa vuran Xviça Biçinaşvili həmin il İsveçdə Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Bundan sonra bir müddət Dünya və Avropa Çempionatlarında mübarizə apara bilməyən Xviça Biçinaşvili 2000-ci ildə Azərbaycan bayrağı altında beynəlxalq turnirlərlə çıxış etdi. Dünya Olimpiya Təsnifat Turnirlərinin nəticələrinə əsasən Xviça Biçinaşvili olimpiya lisenziyasına sahib oldu.

2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan olimpiada da Xviça Biçinaşvili uğursuz çıxış etdi. Qrup mərhələsinin birinci görüşündə Xviça Biçinaşvili Cənubi Koreya nümayəndəsi Kim İn-So ilə üz-üzə gəldi. Həmin görüşdə Xviça Biçinaşvili rəqibinə 2:4 hesabı ilə məğlub oldu və növbəti mərhələyə vəsiqə qazanmaq şanslarını itirdi. Növbəti görüşdə isə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Türkiyə nümayəndəsi Nazmi Avluca oldu. Bu görüşdə Xviça Biçinaşvili rəqibinə 0:4 hesabı ilə məğlub oldu və olimpiadanı 16-cı pillədə başa vurdu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə Gürcüstan11994Dünya Çempionatı Finlandiya12.21997Avropa Çempionatı Finlandiya5.3Dünya Çempionatı Polşa8.41998Avropa Çempionatı Belarus2.5Dünya Çempionatı İsveç7. Azərbaycan62000Dünya Olimpiya Təsnifat Turniri İtaliya2.7Dünya Olimpiya Təsnifat Turniri Fransa2.8Dünya Olimpiya Təsnifat Turniri Özbəkistan5.9Olimpiya Oyunları Avstraliya16.102004Dünya Olimpiya Təsnifat Turniri Özbəkistan6.

İstinadlar

Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Gürcüstandan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri