Adnan Əhmədzadə () — azərbaycanlı iş adamı.

Əhmədzadə dəbdəbəli həyat tərzi və yüksək səviyyəli xarici şəxslərin, futbolçuların və digər tanınmış insanların Azərbaycana səfərlərini təşkil etməsi ilə də ictimaiyyətin diqqətini çəkib. O, geniş şəkildə hakimiyyətə sadiq şəxs kimi tanınıb.

Həyatı Adnan Əhmədzadə 24 yanvar 1978-ci ildə anadan olub.Musavat.com

Şəxsi həyat

Ailəlidir, dörd övladı var.

Karyera 1998–2005-ci illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində (2003-cü ildən Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi) İxrac əməliyyatları idarəsində ekspert vəzifəsində çalışıb.

2005–2006-cı illərdə "Azərtrans" MMC-nin baş direktoru vəzifəsində çalışıb;

2006–2019-cu illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində aşağıdakı vəzifələrdə çalışıb; 2006 – 2007 Nəqliyyat və Ekspedisiya İdarəsinin rəis müavini; 2007 – 2008 Ticarət əməliyyatlarında kommersiya riskləri şöbəsinin müdiri; 2008 – 2010 İqtisadi əməliyyatlar şöbəsinin rəis müavini; 2010 – 2019 SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin baş meneceri.

2018-ci ildə SOCAR Trading-in icraçı direktoru vəzifəsinə təyin edilib.Azərtac.az

2019-cu ildə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib.

2023-cü ildən ABDA Invest Holding-in təsisçisi və sədridir.

2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir.

Həbsi

2024-cü ilin iyul ayında BP bildirib ki, Azərbaycan hökuməti tərəfindən Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Rumıniya və İtaliyaya satılan neftdə zərərli hesab olunan xloridlər aşkar edib. Bunun ardınca 2025-ci ilin sentyabrında Əhmədzadə həbs edilib. O, ağır cinayətlər törətməkdə şübhəli bilinib.

Hökumətyönlü media orqanları iddia ediblər ki, Əhmədzadə Azərbaycanın "Azeri Light" markalı xam neftini Rusiya mənşəli xam neftlə qarışdırmaqda ittiham olunur. Həmçinin onun Azərbaycanın iqtisadi təhlükəsizliyini sarsıdan hərəkətlərdə və iri həcmli mənimsəmədə ittiham edilib.Azərbaycanda hakimiyyət bu iddia olunan hərəkətlərin ölkənin neft sənayesinin beynəlxalq nüfuzuna və bazar şəffaflığına zərər vurduğunu hesab edib.

Mükafatları Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.

Həmçinin bax

Rövnəq Abdullayev Anar Əlizadə

İstinadlar

Kateqoriya:Azərbaycan neftçiləri