UEFA Çempionlar Kuboku 1956/1957 — Avropanın əsas futbol klub yarışı UEFA Çempionlar Kubokunun 2-ci mövsümü. Turnirin qalibi sayca 2-ci dəfə "Real Madrid" klubu olmuşdur. Çempion, 30 may 1957-ci ildə Madrid şəhərindəki Santyaqo Bernabeu stadionunda keçirilən və 2–0 hesabı ilə bitən finalda "Fiorentina" klubunu məğlub etmişdir.
Birinci mövsüm uğurla keçdiyi üçün yarışa daha 6 ölkənin təmsilçiləri qatıldılar: Bolqarıstan, Çexoslovakiya, İngiltərə, Lüksemburq, Rumıniya və Türkiyə. İngiltərə Futbol Assosiasiyası ("FA") 1955-ci ildə "Çelsi" klubuna yarışda iştirak etməyə icazə vermədi və Çempionlar Kubokunu "diqqəti yayındıran" hesab etməyi davam etdirdi. Bununla birlikdə, FA-nın istəyinə zidd olaraq, "Mançester Yunayted" İngiltərə çempionu qismində yarışa qatıldı və beləcə Avropada oynamış ilk ingilis klubu oldu. Saarın Qərbi Almaniya ilə birləşməsindən sonra boş qalan yer əlavə olaraq son çempion "Real Madrid"ə verildi. Beləliklə İspaniya, Avropanın əsas yarışında iki klub ilə təmsil olunan ilk assosiasiya oldu.
İlkin mərhələ 29 iyun 1956-cı ildə UEFA-nın Parisdəki mənzil-qərargahında ilkin mərhələnin püşkü atıldı.Corriere dello Sport, 30 iyun, 1956. Klubları coğrafi cəhətdən üç səbətə ayırd etmişdilər.
1-ci səbətŞərqi Avropa2-ci səbətŞimal-Qərb Avropa3-cü səbətCənubi Mərkəzi AvropaPüşk1-ci oyun Slovan UNV Bratislava Nitsa Portu MOİK Varşava Orhus Atletik Bilbao2-ci oyun Qalatasaray Anderlext Borussiya Dortmund Dinamo Buxarest Mançester Yunayted SporaBir başa iştirak edənlər Budapeşt Honved Reyncers Fiorentina Rapid Vyana Norrçöpinq Qrasshopper XOME Sofiya Rapid YK Srvena Zvezda
Təqvimi iştirakçı klublar təyin etdilər və bütün matçlar 1 oktyabr tarixindədək keçirildi.
Birinci raund
1 İkinci oyun Brüsselin Kral Boduen stadionunda keçirilmişdir
1/4 final
Yarımfinal
Final
Bombardirlər Çempionlar Kuboku 1956/1957 (ilkin mərhələ daxil olmaqla) bombardirlər siyahısı aşağıdakı kimidir: YerAdKlubQol sayı1 Dennis Vayollet Mançester Yunayted92 Tommi Teylor Mançester Yunayted83 Alfredo Di Stefano Real Madrid74 Alfred Praysler Borussiya Dortmund65 Xose Arteçe Atletik Bilbao5 Jak Fua Nitsa5 Bora Kostiç Srvena Zvezda58 Jak Fevr Nitsa4 İvan Petkov Kolev XOME Sofiya410 Mark Bore Spora3 Ernst Happel Rapid Vyana3 Xoseito Real Madrid3 Alfred Kelbassa Borussiya Dortmund3 Enrike Mateos Real Madrid3 Armando Merodio Atletik Bilbao3 Billi Uilan Mançester Yunayted3
İstinadlar
Xarici keçidlər
1956/1957 mövsümünün bütün oyunları, UEFA-nın vebsaytı UEFA protokollarına görə Çempionlar Kuboku 1956/1957 mövsümünün bütün bombardirlər (ilkin mərhələni saymadan) + kvalifikasiya raundunun bütün bombardirləri Rec.Sport.Soccer Statistics Foundation-da Çempionlar Kuboku nəticələri Çempionlar Kuboku 1956/1957 - nəticələr və heyətlər (arxiv)
Kateqoriya:UEFA Çempionlar Liqasının mövsümləri Kateqoriya:1956-cı ildə idman Kateqoriya:1957-ci ildə idman Kateqoriya:1956/1957 mövsümündə Avropada futbol