Vaskoniya hersoqluğu (, ) — VII–IX əsrlərdə müasir Fransanın cənub-qərbində mövcud olmuş orta əsr hersoqluğu. Adını müasir baskların əcdadları olan vaskon qəbiləsindən almışdır. IX əsrin sonunda Vaskoniyanın yerində Qaskon hersoqluğu yaranmışdır.

Ən böyük çiçəklənmə dövründə hersoqluğun strukturuna tarixi Fransanın Qaskon regionu, eləcə də sonradan Pamplona (Navarra) krallığının əsasına çevrilən Pamplona şəhəri ətrafında və Pireney dağlarının cənubundakı torpaqlar daxil idi.

Əlavə ədəbiyyat

Xarici keçidlər

Auñamendi Encyclopedia: Ducado de Vasconia. Sedycias, João. História da Língua Espanhola.

Kateqoriya:Bask tarixi Kateqoriya:Fransa hersoqluqları Kateqoriya:Pireney yarımadasının tarixi dövlətləri Kateqoriya:İspaniya tarixi Kateqoriya:Tarixi vilayətlər