PEN15 — Maya Erskin, Anna Konkl və Sem Zviblman tərəfindən yaradılmış amerikan komediya serialı. İlk dəfə 8 fevral 2019-cu ildə Hulu-da nümayiş edilib.
Hulu 2019-cu ilin mayında serialın ikinci mövsümünün çəkildiyini bildirdi. On dörd seriyadan ibarət olan ikinci mövsümün ilk yarısı 18 sentyabr 2020-ci ildə yayımlandı. İkinci mövsümün son seriyaları 2021-ci ildə buraxıldı və yaradıcılar ikinci mövsümün final olduğunu bildirdilər.
"PEN15"in əsas mövzusu orta məktəbdə olanlardır. Maya Erskin və Anna Konkl özlərinin 2000-ci ildə yaşayan 13 yaşlı versiyalarını ifa ediblər, burada onlar əsl 13 yaşlı məktəblilərin əhatəsindədirlər.
Personajlar Maya İşi-Piters (Maya Erskin) — Utancaq, həssas yapon əsilli amerikalı yeddinci sinif şagirdi. Ən yaxşı dostu Annadır. Maya bəzən sinfin gülməli şagirdi olur və bunun sayəsində digər uşaqlarla dostluq etməyi bacarır. Anna Kon (Anna Konkl) — Maya ilə ən yaxşı dost olan, valideynləri ayrılan yeddinci sinif şagirdi. Anna məktəbin ən yaxşı müğənnisidir. Yuki İşi-Piters (Mutsuko Erskin) — Mayanın anası. Həmçinin aktrisa Mayanın əsl həyatdakı anasıdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ teleserialları Kateqoriya:2019-cu ildə başlayan ABŞ teleserialları