Esra BilgiçEsra Bilgiç Kimdir? () — Türk aktrisa və modeldir.

Həyatı Esra Bilgiç 2014-cü ildən birlikdə olduğu türkiyəli futbolçu Gökhan Töre ilə 21 oktyabr 2017-ci ildə ailə həyatı qurub. 17 iyun 2019-cu ildə cütlük tək seansda boşandı. Bilgiç Bilkent Universitetində təhsil alıb. Hazırda Marmara Universitetinin Hüquq fakültəsində təhsil alır. Onun bir qardaşı var.

Karyerası

2014–2018: Diriliş Ertuğrul 2014–2019-cu illər arasında TRT 1-də 5 mövsüm yayımlanan Diriliş ErtuğrulDiriliş Ertuğrul adlı serialla aktyorluq karyerasına qədəm qoyan Bilgiç, Engin Altan Düzyatan və Hülya Darcan kimi adlarla serialda baş rol alıb. 4 mövsümdür serialda Halime Hatun obrazını canlandıran aktrisa dünyanın bir çox ölkəsindən pərəstişkar kütləsi qazanıb və "Sosial Farkındalık" Mükafatları: Ən Yaxşı Qadın Televiziya Serialı Aktyoru və Anadolu Media Mükafatları: İlin Televiziya Serialı Aktrisası mükafatını alıb.

2018–2021-2022: Bir Umut Yeter, Ramo ve Kanunsuz Topraklar Diriliş Ertuğrul serialından sonra erkən finala çıxan Bir Umut Yeter serialında 6 bölümdə Derya Akar rolunu canlandırıb. O, bir illik fasilədən sonra ekranlara qayıdıb və 2020–2021-ci illər arasında Show TV-də yayımlanan RamoRamo serialında baş rolda Sibel Kaya obrazını canlandırıb. 2021–2022-ci illər arasında FOX-da yayımlanan Kanunsuz Topraklar serialında 16 seriyada Gülfem Paşazade obrazını canlandırıb.

Filmoqrfiya Serial İl İstehdsal Rol Qeydlər Kanal2014–2018Diriliş ErtuğrulHalime HatunBaşrol aktrisasıTRT 12018Bir Umut YeterDerya AkarKanal D2020–2021RamoSibel YıldırımShow TV2021–2022Kanunsuz TopraklarGülfem PaşazadeFOXİnternet serial və filmləri İl İstehsal Rol Qeydlər Platforma2023AtatürkMadame CorinneDisney+TezlikləAşk SanatıAlinBaşrol aktrisasıNetflixKino İl İstehsal Rol Qeydlər2022Adanış: Kutsal KavgaCemre HaznedarBaşrol aktrisası

Mükafatlar və namizədliklər Sosial Farkındalık Mükafatları: Televiziya Serialında Ən Yaxşı Aktrisa (Seçilib) Anadolu Media Mükafatları: İlin Serial Aktrisası (Seçilib) Türkiyə Gənclik Mükafatları: Televiziya Serialında Ən Yaxşı Aktrisa (Namizəd)

İstinadlar

Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə film aktrisaları