Nquyen Van Lem (, ) və ya Bay-lop () — Vyetnam hərbçisi, kapitan rütbəli Vyetkonq zabiti. O, Vyetnam müharibəsində Tet hücumu zamanı Vyetnam Respublikası generalı Nquen Nqok Loan tərəfindən Sayqonda edam edilmişdir. Edam şəkli 1969-cu ildə yerindəcə xəbər fotoqrafiyasına görə "Pulitser" mükafatını qazanmış və ABŞ-də müharibə əleyhinə hərəkatın güclənməsinə kömək etmişdir.

Edam Nquyen Van Lem Vyetkonqda kapitan idi və Bay-lop kod adı ilə tanınırdı. Həyat yoldaşı Nquyen Thị Lop bu kod adının onun yeddinci oğlunun adından və "təkər" mənasında olan öz qızlıq soyadından yarandığını bildirmişdir.

Lem 1 fevral 1968-ci ildə Vyetkonq və Şimali Vyetnam qüvvələrinin gözlənilməz kütləvi hücumu zamanı Cənubi Vyetnam qoşunları tərəfindən Sayqonda mülki geyimdə olarkən tutulmuşdur. O, Vyetnam Respublikası Milli Polisinin rəisi, briqada generalı Nquen Nqok Loanun yanına gətirilmişdir. 36 yaşlı Lem Cənubi Vyetnamlı polkovnik-leytenant Nquyen Tuanı, onun həyat yoldaşını, altı uşağını və 80 yaşlı anasını öldürməkdə ittiham olunurdu. İddialara görə, o, təxminən otuz dinc sakindən ibarət kütləvi məzarlıq yaxınlığında əsir götürülmüşdü.Eddie Adams' iconic Vietnam War photo: What happened next , BBC

Loan bağlı məhbusu başından vurmaq üçün özünün ".38 Special" patronlu "Smith & Wesson Bodyguard" revolverindən istifadə edərək Lemi küçədə edam etmişdir.Buckley, Tom. "Portrait of an Aging Despot", Harper's magazine April 1972, page 69. Fotoşəkil hadisənin şahidi və "NBC News"un operatoru Vo Sıu və "Associated Press" fotoqrafı Eddi Adams tərəfindən qeydə alınmışdır. Fotoşəkil və video müasir Amerika jurnalistikasında məşhur obrazlara çevrilmişdir. Adamsa 1969-cu ildə yerindəcə xəbər fotoqrafiyasına görə "Pulitser" mükafatını qazanmışdır.

İstinadlar

Xarici keçidlər The Saigon Execution, a thorough account by an AP photo editor including research after the war. Feb. 1, 1968: A grisly moment from the Vietnam War -St. Louis Dispatch Kateqoriya:1968-ci ildə Vyetnam Kateqoriya:1968-ci ilin fotoşəkilləri Kateqoriya:Ağ-qara fotoşəkillər Kateqoriya:Associated Press