Ağdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatdan sonra Ağdaş kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı.

Tarixi Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd. Dağlıq ərazidədir. Kənd Ağdaş dağının döŞündə salınmışdır. Etnotoponimdir. ƏfŞarların araşlı oymağının bir qolunun ağdaş adlanması və Ağdaş rayonunun XX əsrin əvvəllərinə qədər Ərəş qəzası kimi qeydə alınması bunu bir daha subut edir. Ağdaş toponimi türk xalqlarının onomastikasında geniş yayılmışdır: Aktaş (Özbəkistanda dağ), Akdaş (Türkmənistan), Aktas (Qazaxıstan), Ağdaş (Başqırdıstan, Ermənistan), Aqtaş (Əfqanıstan), Akdaş (İran, Türkiyə) və başqaları"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007..

Yaylaqlar Alagöllər yaylağı, Söyüdlü yaylağı, Hacı Ələmşaha toy olan yurd, Kürdlərin yurdu, Çınqıl yurd, Çala yurd, Qonur yurdu, Ağqaya yurdu.

Bulaqlar Dördgözlü bulaq, Soyuq bulaq, Çınqıllı bulaq, Pir bulaq.

Məşhur yerlər Çüxur yer, Böyük güney, Xanların çəpəri, İnəyi canavar yeyən, Tanrıverdinin çəpəri, Taplar biçənəyi, Kalafalı tələ biçənəyi, Ardışlı güney, Dikinəyer, Dibi kaha daş, Arı qayası, Budağın yurdu, Məstanvurulan qaya.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

İstinadlar

Xarici keçidlər Kəlbəcər rayonunun toponimləri Kəlbəcər rayonu Qarabaq

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri